İnsanı xərçəngdən və sonsuzluqdan qoruyan avqust giləmeyvələri – FOTO

Avqust giləmeyvələri insanları xərçəng və sonsuzluqdan qoruyur.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı diyetoloq və nutrisioloq Zoya Boqdanova giləmeyvələrin faydalı xüsusiyyətlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, bu mənada qaragilə, cır mərsin, qara qarağat, moruq və motmotu xüsusi diqqətə layiqdir.

Həkim qaragilə və cır mərsinin hormonal fonu yaxşılaşdırmağa kömək etdiyini, hətta xərçəngin qarşısını aldığını deyib. O, həmçinin bu giləmeyvələrin hətta diabet xəstələri üçün də faydalı olduğunu vurğulayıb.

“Onlar orqanizmin detoksikasiyasına, qan damarlarının, bağırsaqların təmizlənməsinə kömək edir, metabolik proseslərə böyük təsir göstərir, hətta qismən hormonal fonu yaxşılaşdırır və xərçəngin profilaktikası üçün istifadə edilə bilər”, – deyə mütəxəssis izah edib.

Boqdanova vurğulayıb ki, çox miqdarda vitaminlərə malik moruq isə soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilə bilər; tərlədici və antibakterial xüsusiyyətlərinə görə başağrılarını, titrətməni aradan qaldırır.

“Şərqdə moruq sonsuzluğun dərmanı hesab olunur”, – deyə Zoya Boqdanova əlavə edib.

Həmçinin, moruq orqanizmi daha aktiv işlədir, yağları yandırır. Dietoloq bununla belə, iştahartırıcı xüsusiyyətinə görə çəkisinə nəzarət edən insanların bu giləmeyvələrdən ehtiyatla istifadəsini tövsiyə edib.

Nutrisioloq qara qarağatın C vitamini, manqan, gümüş, kükürd və qurğuşunla zəngin olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, bu giləmeyvə boğazda, mədədə və bağırsaqda iltihabı aradan qaldırmağa kömək edir, həmçinin insanı gümrahlaşdırır, gücünu bərpa edir.

Motmotu isə sidikqovucu olduğu üçün şişkinliyi, ödemi aradan qaldırmaq üçün faydalıdır. Həmçinin, giləmeyvə mədə-bağırsaq narahatlığını aradan qaldıra bilər.

“Ancaq mədə xorasında bu giləmeyvə əks-göstərişdir”, – deyə həkim xəbərdarlıq edib.

Onun sözlərinə görə, motmotu çoxlu pektin ehtiva edir ki, bu da ağır metalların və radioaktiv maddələrin orqanizmdə akkumulyasiyasının (toplanmasının) qarşısını alır.

“Digər faydalı xüsusiyyətləri ilə yanaşı, bu giləmeyvə də şişlərin inkişafına mane olur”, – deyə Boqdanova sözlərini yekunlaşdırıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.