Yeni araşdırma insan beyninin saxta xatirələr yarada biləcəyini müəyyən edib.
Orqanik.az AZƏRTAC-a istinadla bildirir ki, Amsterdam Universiteti alimlərinin rəhbərlik etdiyi tədqiqatda 534 nəfərə latın hərflərinin əks formaları (C və Ɔ) göstərilib. Bu zaman iştirakçıların əks hərfi real formada xatırlamağa meyilli olduğu müəyyən edilib.
Tədqiqatda bəzi iştirakçılara yaddaşlarını qarışdırmaq üçün təsadüfi hərflər göstərilib. Sonda bütün iştirakçılara göstərilən ilk hərfi təkrar söyləmələri istənilib.
Araşdırmada iştirakçıların 20 faizi birinci hərfin göstərilməsindən yarım saniyə sonra istədikləri hərflə bağlı saxta yaddaş meydana gəldiyini bildirib. İştirakçıların 30 faizində isə saxta yaddaş 3 saniyədən sonra yaranıb. Tədqiqat nəticəsində məlum olub ki, iştirakçılar göstərilən saxta hərfləri real kimi xatırlayırlar.
Mütəxəssislər insan beyninin görmək istədiyi xatirələri yarada bildiyini qeyd ediblər.
Araşdırma “PLOS One” jurnalında dərc olunub.
Orqanik.az