İngiltərədə yayılan yeni virusun əlamətləri

İngiltərədə sentyabr ayından yayılan “Strep A” virusu ilə bağlı həyəcan artmağa davam edir. Belə ki, ən son 5 yaşında bir qızın sözügedən infeksiyadan dünyasını dəyişməsindən sonra bu xəstəlikdən dünyasını dəyişən uşaqların sayı 9-a çatıb.

Orqanik.az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərədə hazırda iki övladı “Strep A” virusuna yoluxan bir ana xəstəliyin ilk əlamətləri barədə valideynlərə xəbərdarlıq edib.

Aimee Byron adlı qadının sözlərinə görə, onun 3 yaşlı oğlu və 17 aylıq körpəsi bu xəstəliyə yoluxub. O bildirib ki, xəstəliyin ilkin əlamətləri olaraq boğazda qıcıqlanma, ağızda ləkələr və badamcıqların şişməsi olub.

Həkimlərin sözlərinə görə isə, “Strep A” boğaz ağrısı, badamcıqların iltihabı kimi infeksiyalara səbəb olan bakteriyadır. Xəstəliyin əlamətləri sırasında boğaz və əzələ ağrıları, yüksək temperatur, yorğunluq, dəridə yaraların peyda olması var. Mütəxəssislər bu əlamətlərin orta hesabla bir həftə davam etdiyini qeyd edib.

Bildirilir ki, bir çox insan bu bakteriyanı fərqində olmadan da daşıya bilər. Lakin bununla belə daşıyıcı olaraq digər insanları yoluxdura bilər.

Xəstəlik isə yaxın təmas, öskürək və asqırma nəticəsində digər insanlara keçə bilər.

Həkimlər bu xəstəlikdən qorunmaq üçün əllərin tez-tez yuyulmasını məsləhət görür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.