İmmunitetlə bağlı bidiklərimiz hamısı səhv imiş. Həkimdən ətraflı izah

“Tank kimi zirehli geyinməyin mənası yoxdur. Soyuqda üşüyürsünüzsə, o heç. Amma immunitetə görə bunu etməyin”.

Publika.Az xəbər verir ki, bu sözləri anestezioloq reanimatoloq Şahin Məmmədov immun sistemi haqqında doğru bilinən yanlışlar haqqında danışarkən deyib. Mütəxəssisin bu mövzuda sosial şəbəkədə paylaşdığı faydalı məlumatları təqdim edirik:

1. Normal immuniteti artırmaq olmur. Həm də nəyi artırırsan? İmmun sisteminin hansı hüceyrəsini? Hansı miqdarda? Məsələn, leykositoz olsa immunitet güclümü sayılır? Əgər hansısa immun hüceyrə sayı artarsa, zatən onlar özləri özünü məhv edir. Buna apoptoz deyilir. Hələ ki, alimlərə immun sisteminin leykosit və limfosit növlərinin hansı balansında yaxşı işlədiyi məlum deyil.

2. Hansısa bitki və xalq təbabəti üsulları ilə məsələn, sarımsaq, soğan, bal, doşab və s. vasitələrlə immuniteti yüksəltmək mümkün deyil. Hansı immun sistemi? Anadangəlmə immuniteti, məsələn, dəri. Dərini ikiqat edə bilərsiniz? Yox. Mədə turşuluğunu 2 qat turş edə bilərsinizmi? Etmək mümkün olsa, mədəyə daha da zərər verər. Yəni, internetdə hansısa məhsulun satılması üçün pulla satın alınmış professorların danışdıqlarına inanmayın. İmmuniteti bitki və s. ilə yüksəltmək mümkün deyil. Sarımsaq yeyib avtobusa və metroya minənlər yaxşı oxusun.

3. Əyninizi qalın etsəniz də, törədici sizi tapsa, xəstələnəcəksiniz. Tank kimi zirehli geyinməyin mənası yoxdur. Soyuqda üşüyürsünüzsə, o heç. Amma immunitetə görə bunu etməyin.

4. Həddən artıq idman etmək də immuniteti gücləndirmir, əksinə enerji tükəndiyi üçün zəifləyir.

5. Ciddi dieta saxlamaq və sürətlə arıqlamaq da sağlamlığa ziddir və immunitet düşür. Və bu zaman nə kömək edər? Dedik ki, immunitet normaldırsa, təbii yolla onu qaldıra bilməzsiniz. Amma immun sistemi xəstədirsə, onu müalicə etməyə çalışmalısınız.

İmmun sistemi xəstəlikləri aşağıdakılardır:

1. Anadangəlmə və qazanılma immun defisit sindromları. İmmun sisteminin bir və ya daha çox kompanentinin funksiyası pozulur, ya ümumiyyətlə olmur.

2. Allergik xəstəliklər.

3. Autoimmun xəstəlikləri. Öz toxumanıza qarşı patoloji immunitet.

İmmum sistemi qorumaq üçün hıkim çəkinin stabil saxlanmasının əhəmiyyətini vurğulayıb və bu mövzuda müasir elmi faktları sadalayıb:

1. Çəkini normal saxlamalısınız. Əgər çox arıqsınızsa və ya piylənməniz varsa, orqanizmdə bir çox problem ola bilər, o cümlədən immun sistemdə.

2. Orta dərəcəli aktivliklə məşğul olun. Periferik qan damarları genişləndirməyi və qanın hərəkət sürəti artdığı üçün immun hüceyrələr qanla bütün bədəni rahat gəzir və öz işlərini görə bilirlər. Həmçinin sauna bu mexanizmlə immunitetə müsbət təsirini verə bilər.

3. Ən vacibi stressden uzaq olmalısınız. Bu, mümkün olsa da, çətindir. İstər-istəməz nələrəsə əsəbiləşirik. İmmunitetiniz zəifdirsə, çəkiniz normaldırsa, deməli, immun sistem xəstəliyiniz yoxdur. Hətta idmana gedirsinizsə, bilin ki, immun sisteminizi əsəb aşağı salıb.

4. Bir yaxşı xəbər deyim ki, gülüş, yaxşı yuxu, öpüşmək, requlyar seks, xoş emosiyalar, insanlarla ünsiyyət stressi azaldır. Ünsiyyət qurmaq, danışmaq hər insana olduqca lazımdır. Ünsiyyətin immunitetə müsbət təsiri tədqiqatlarda tam təsdiqini tapmış faktdır. Bu zaman stressin immunitet üzərində basqısı aradan qalxır, siz daha tez-tez xəstələnmirsiniz.

5. Çoxlu təbii şəraitdə yetişdirilmiş meyvə-tərəvəz yeyin. A, C, E vitaminlərinin, xususilə sink daxil olmaqla mikroelement çatışmazlığına yol verməyin.

Qazanılma immunitet qaldı ki, onun da yeganə gücləndirmə metodu vaksinasiyalardır. Vaxtlı vaxtında vaksinasiya olun.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.