İmmuniteti möhkəmləndirən 5 ədviyyat

Təcrübəli evdar xanım hazırladığı yeməklərin daha dadlı və ətirli olması üçün ədviyyatlardan istifadə edilməsini bilir. Ancaq bu hamısı deyil. Bəzi bitkilərin faydalı xüsusiyyətlərinə görə onları müntəzəm lakin az-az miqdarda istifadə etmək lazımdır. Hətta bir çimdik ədviyyat belə immun sisteminin möhkəmlənməsinə kömək edir. İltihabı azaldır, orqanizmi artıq toksinlərdən və şlaklardan təmizləyir. Bəzi növləri isə hətta çəki atmağa yardımçı olur. Biz bu dəfə ədviyyatın bəzi növləri və onların faydaları ilə sizinlə bölüşəcəyik.

1. Oreqano
Bu ədviyyatsız İtalyan mətbəxini təsəvvür etmək mümkün deyil. Lakin, bu ədviyyat təkrarolunmaz dadı olması ilə yanaşı həm də, unikal müalicəvi effektə malikdir.
Faydalı xüsusiyyətləri
– sinir sistemini sakitləşdirir;
– yüksək antibakterial xüsusiyyətə malikdir;
– mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır;
– sidikqovucu və ödqovucu təsir göstərir;
– immuniteti möhkəmləndirir;
– güclü tərlədici, bəlğəmgətirici, bronxit və bronxial astmada güclü təsir göstərir.
Harda istifadə etmək olar:
1. Yumurta qizartmasında;
2. Tərəvəzli şorbalarda;
3. Pizzalarda;
4. Salatlar üçün ədviyyat kimi;
5. Souslarda;
6. İkinci yeməklərdə;

2. Rozmarin
Qədim zamanlarda bu bitki bolluq, rifah və uzunömürlülük rəmzi hesab olunurdu. Hətta indidə bəzi ölkələrdə gənclərə “xoşbəxtlik və firavanlıq” üçün bu bitkinin budağından balaca bir hissə vermək kimi ənənə qalmaqdadır.
Faydalı xüsusiyyətləri:
– stres və əsəb gərginliyi götürməyə yardımçı olur;
– ümumi yorğunluq zamanı orqanizmi tənzimləyir;
– soyuqdəyməni müalicə edir;
– iltihab əleyhinə, antioksidan, antidepresiv, ödqovucu kimi xassələrə malikdir;
Harda istifadə etmək olar:
1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Marinadlarda;
4. Bitki çaylarında.

3. Kəklikotu
Çox faydalı bitkidir. Antioksidant fəaliyyətinə görə E vitamininə bərabərdir.
Faydalı xüsusiyyətləri:
– tərqovucu, iltihab və mikrob əleyhinə təsirə malikdir;
– immuniteti möhkəmləndirir;
– iş görmə fəaliyyətini artırır;
– prostatitin inkişafına mane olur;
– cinsi zəifliyi aradan qaldırır.
Harda istifadə etmək olar:
1. Salatlar;
2. Şorbalar;
3. Qovurma yeməklərdə;
4. Yumurtadan hazırlanan bütün yeməklərdə;
5. Souslarda.

4. Sarıkök
Zəncəfilkimilər ailəsindəndir. Onun faydalarını qiymətsizdir. Son məlumatlara görə, bu ədviyyat xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Faydalı xüsusiyyətləri:
– orqanizmi təmizləyir;
– həzmə müsbət təsir edir;
– soyuqlamanın qarşısını alır;
– güclü antioksidantdır;
– dərinin vəziyyətini yaxşılaşdırır;
– bədənin müdafiə gücünü bərpa edir;
– arıqlama zamanı istifadə edilir.
Harda istifadə etmək olar:
1. Şorbalar;
2. Raqular;
3. Plovlar;
4. Müxtəlif düyü yeməkləri.

5. Adaçayı
Soyuqdəymə və boğaz ağrısının öhdəsindən gələ bilən mükəmməl ədviyyat.
Faydalı xüsusiyyətləri:
– bağırsaqları təmizləyir;
– toksinləri və şlakları xaric edir;
– çəki atmaq üçün yardımçı olur;
– antioksidant təsirə malikdir;
– immuniteti möhkəmləndirir;
– öskürək və zökəm zamanı kömək edir.
Harda istifadə etmək olar:
1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Souslarda;
4. Şorbalarda;
5. Raqularda

Əgər evinizdə bu kimi ədviyyatlar varsa o zaman orqanizminizi qorumaq üçün onlardan vaz keçməyin!

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.