Bu gün immunitetin stimullaşdırılması çox mübahisəli bir məsələdir. Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir, çünki bu dərmanların effektivliyi sübut olunmayıb.
Orqanik.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, terapevtik təsir bütün immun sisteminə deyil, onun müəyyən bir həlqəsinə yönəldilməlidir.
“Bütövlükdə immun sistemi gücləndirə bilən sehrli həblər, dərmanlar yoxdur. Müəyyən bir infeksiyaya qarşı immunitet yaratmaq üçün peyvəndləmə aparılır, immun çatışmazlıqlarda immunitetin çatışmayan həlqəsini bərpa etmək üçün isə əvəzedici terapiya aparılır. Yalnız müəyyən xəstə qrupları immunoloji müayinədən sonra bu vasitələrdən istifadə etməlidirlər”, – deyə o qeyd edib.
Orqanik.az