Adətən biz immuniteti qaldıran qidaları axtarırıq. Amma unuduruq ki, gündəlik yediklərimiz immunitetimizi azalda da bilir. Payız-qış aylarında insana lazım olan güclü immunitetdir.
Orqanik.az immun hüceyrələrin aktivliyini azaldan, onları zədələyən 5 qida tipini ayırd edib.
Əgər ay ərzində bu qidaları ailəlikcə yeyirsizsə, o zaman sizin immun sisteminiz cökəcək.
1.Qızadılmış istənilən yemək, ərzaq və s.
İndi dəbdədir suda bişən düşbərə, gürzə, xingəli də yağda qızardırlar. Kolbasa, sosisi alıb, suda bişirmək əvəzinə qızardırıq. Əlimizə nə keçir, yağda qızartmasaq yemirik. Dağ yağda qızardılmış yeməklərdə trans yağ, doymuş yağ turşusu və kanserogen maddələr əmələ gəlir. Bunlar isə immun hüceyrələrə yad maddələrdir. Yaxşı olar ki, daha çox suda, manqalda, buxarda, sobada yemək bişirəsiz.
2.Şirniyyatlar – konfetdən tutmuş peçenyeyə kimi
Bu gün qidamızın 60%-i şirniyyatdır. Çox şirniyyat qəbulu qlükozanı artırır, qarın, bel nahiyəsində piy yığır, qaraciyəri piyləndirir, immun hüceyrələri dağıdır.
Tərkibində şəkər, qənd olan bütün içki, sous, konfet, bişmişləri azaldın. Şəkəri bal, meyvə, giləmeyvə, tərəvəzlərdən ala bilərsiz.
3.Heyvani piy və yağlar
Deyəcəksiz yemirik. Amma yarımfabrikatlarda, sosis, kolbasa, yumurta, kərə yağı, süd məhsulları bəs hansı yağdandır? Transyağları tamam çıxarın. Təmiz bitki yağlarına üstünlük verin.
4.Hazır fabrik qidası
Evdə bişirilməyən nə varsa, marketlərdə, fast-food və bəzi kafelərdə fabrik yeməyi sayılır.
Qutuda, qablaşmada olan qidalar, uzun müddət xarab olmayan yeməklər, duzlu, şəkərli qidalar sintetik əlavələrlə zəngindir. Bu immun hüceyrələrini depressiv vəziyyətə salır, onlar demək olar, ac qalır.
5.Qırmızı ət və ət məhsulları
Deyəcəksiz, dədə-babamız yeyirdi. Dədələrimiz bu əti bu formada bişirib yemirdi. Son elmi tədqiqatlar göstərib ki, qırmızı ət immuniteti azaldır. Həftədə 1 -2 dəfə 100 qr olmaqla yaxşı bozbaş, bifştesk, steyk yemək olar. Çünki ət olmayanda insan depressiyaya düşür.
6.Kofein tərkibli qidalar
Energetik içkilər, qazlı sular, rəngli çaylar, qəhvə – yuxunu pozur, mədəaltını pozur və immunitet yuxu normal olmadıqda düşür. Ona görə kofe içəndə immunitetinizi də yada salın.
Ən ucuz qidalanma elə sağlam qidalanmadır. Göyərti, qatıq, su, təzə tərəvəz, meyvə pörtlədib yemək, təmiz hava, 8 saatlıq yuxu, idman, 1 saat gəzinti, sakitlik, gülmək, müxtəlif bitki çayları və s. immunitetə yetərlidir.
Orqanik.az