İmmunitet orqanizmin sahib olduğu bioloji müdafiədir ki, o orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. Məhz payız-qış mövsümündə müxtəlif virusların fəaliyyəti aktivləşirki bu da insanı bir neçə saat ərzində zəiflədib həftələrlə yatağa sala bilir. Xoşbəxtlikdən sağlamlığımızı təbiətdə sirkulyasiya edən bu viruslarla mübarizə edən immun sistemi var. Möhkəm immunitet – yaxşı sağlamlığın açarıdır, əgər immunitet zəifləyərsə insan gündəlik həyatında mövcud olan virus və bakteriyalarla mübarizədə gücsüz olar.
İMMUN SİSTEMİ NƏ ÜÇÜN LAZIMDIR?
İmmun sistemi-mürəkkəb, incə balanslaşmış bir strukturdur. Onun əsas funksiyası özünü müxtəlif ziyanlı virus və bakteriyalardan qorumaqdır.
O digər bədən sistemləri olan – endokrin, sinir və qan-damar sistemləri ilə də sıx bağlıdır. İmmun sisteminin işləməsi pozulduqda nəinki özü eləcə də bütün orqanizm əziyyət çəkir. Digər orqan və sistemlərdə problem olduğu zaman da immun sistemi cəld reaksiya verir. İnsanın hər hansısa bir infeksiya ilə kontaktı zamanı ona yoluxa biləcəyi və fəsadlarının necə olmasınıda məhz immun sistemi müəyyən edir.
İMMUNİTET NEÇƏ NÖV OLUR?
İki əsas növü var:
Anadangəlmə (irsi, xüsusi) -bu digər növ xarakterik olan infeksiyalara qarşı qorunmanı təmin edir (məsələn heyvan xəstəliklərinə tutulma).
Qazanılmış: (individual, fərdi) – həyat boyunca formalaşır və dəyişirş Öz növbəsində bu növ həm aktiv, həm də passiv ola bilər. Aktiv immunitet insan müəyyən xəstəlik keçirtdikdən sonra və ya hər hansısa peyvənd vurulduqdan sonra yarana bilir. Passiv immunitet isə mütləq kənar müdaxilə (serum vurulmasi) nəticəsində inkişaf edir.
Bundan əlavə, immunologiyada “immun cavab”ı deyə bir anlayış var-hansıki, bu da immun sisteminin insan orqanizminə düşən yad mikroorqanizmlərə göstərdiyi reaksiyadır.
“İMMUN CAVABI”nın NÖVLƏRİ:
Qeyri-spesifik müqavimət – birinci mərhələdə orqanizmə daxil olan “yad agent”lərlə mübarizədir.
Xüsusi immun cavabı – orqanizmin ikinci müdafiə cavabıdır. Onun məqsədi – xüsusi patogeni müəyyən etmək və məhz ona qarşı müdafiəni inkişaf etdirməkdir.
Beləliklə, hər iki “immun cavab”ı birlikdə çalışaraq bir-birini tamamlayır.
Orqanik.az