Bəzi hallarda iflicin diaqnozunu qoymaq çətinlik törədir. Hər hansı bir xəstəlik haqqında məlumatın olmaması bəzən insanlarda həmin xəstəliklərin gec müalicə olunmasına və ya ağırlaşmasına səbəb olur.
İflic xəstələri, xəstəliyin ilkin mərhələsində müyinə və müalicə olunmasa xəstənin beyində geridönməz izlər qoya bilir. İflicin bəzi ilkin əlamətləri vardır ki, bunu xəstənin yaxınları da hiss edə və xəstliyə diaqnoz qoya bilərlər. Bəs bu əlamətlər hansılardır?
1. Yanınızdakı adamdan gülümsəməsini xahiş edin.
2. Ondan tez bir zamanda sadə bir cümlə qurmasını istəyin.
3. Hər iki qolunu qaldırmasını söyləyin.
4. Xəstədən dilini çıxartmağı xahiş edin.
Xəstənin dili ağzında qıvrılırsa, qeyri-iradi sağa-sola çevrilirsə bu iflicin ilkin əlamətlərinin başlaması deməkdir.
Xəstə bu tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirsə, onda xəstənizi təcili olaraq nervpotoloqa aparın.
Orqanik.az