İdmançılar ürəyini niyə qorumalıdırlar?

Sağlam həyat tərzinə ciddi diqqət yetirən istənilən insan özünü və vərdişlərini dəyişməlidir. İdman sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Piyada gəzmək, qaçmaq, velosiped sürmək, xizək sürmək, idman zalında məşq etmək və digər idman fəaliyyəti növləri böyük oksigen axını hesabına ürəyi gücləndirir. Bununla belə, ciddi fiziki məşqlər zamanı ürək-damar sisteminə də artıq düşür.

Məşq nə qədər intensiv olarsa, ürək əzələsinin yükü də artır. Bu, bu gün populyar olan bodibildinq idman növü, yəni ağırlıq qaldırmaqla gözəl bədən quruluşu yaradan idman növü üçün xüsusilə aktualdır. Lakin bizim orqanizm üçün ağırlıqların qaldırılması adi hal deyil, bu cür məşqlər ürəyi zəiflədir və qan damarlarını zədələyir.

Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, ürək-damar sisteminin işini qorumaq üçün həyati vacib elementlərin köməyi əsas şərtdir. Ürəyin əsas qoruyucuları kalium və maqneziumdur, onların çatışmazlığı aritmiya, insult və ürək çatışmazlığı təhlükəsi yaradır. Kalium və maqnezium son dərəcə vacib mikroelementlər olaraq ilk növbədə əzələ toxumasının mübadilə proseslərində iştirak edir.

Məlumdur ki, insan orqanizmində ən aktiv əzələ ürək əzələsidir. Bu elektrolitlərin defisiti ürəyin yığılma və oyanma qabiliyyətini ciddi dərəcədə pozur.

Unutmaq olmaz ki, orqanizmin məşqə qarşı adi fizioloji reaksiyası izafi tərləmə və bunun nəticəsində mineral maddələrin, o cümlədən kalium və maqneziumun itkisidir. Orqanizmin vacib mikroelementlərin çatışmazlığı ilə qarşılaşa biləcəyi daha bir ehtimal çoxlu maye qəbuludur. Sağlam həyat tərzi gün ərzində ən azı iki litr su içməyi təbliğ edir. Bu, orqanizmdə müba­dilə proseslərinə müsbət təsir gös­tərsə də, sidiklə orqanizmdən faydalı maqnezium, kalium ionları yuyulub xaric olunur.
Bu elementlərin faydalı funksiyalarına baxaq.

Kalium
• su və natrium mübadiləsini tənzimləyir;
• sinir impulslarının əzələlərə ötürülməsində iştirak edir;
• miokardın yığılmasını normal­laşdırır;
• bir sıra fermentləri aktivləşdirir və enerji sintezi proseslərində iştirak edir;
• zülal və karbohidrat sintezində iştirak edir;
• qida maddələrinin hüceyrə daxilinə keçməsini asanlaşdırır və qlikogenin toplanmasına kömək edir;
• natriumun arterial təzyiqə mənfi təsirini azaldır (natrium təzyiqi artırır).

Orqanizmdə kaliumun müəyyən ehtiyat miqdarı olduğu üçün xroniki xəstəliklər olmadıqda bu elektrolitin defisiti az hallarda yaranır. Belə ki, hətta ən ağır məşqlər zamanı biz çox kalium itirmirik. Lakin, yetərsiz qida rejimi və ürək-damar sisteminin artıq yüklənməsi şəraitində kalium balansını qorumaq vacibdir. Qanda kaliumun normal miqdarı 3,5-5,5 mmol/l, sutkalıq tələbat norması isə 3600 mq təşkil edir.

Maqnezium
Maqnezium “gizli ion” adlandırılır, çünki o kalium və fosfor mübadiləsi ilə sıx bağlıdır. Orqanizmdə maqneziumun rolu:
• damarların normal tonusunu (elastikliyini) saxlayır;
• miokardın yığılma qabiliyyətini yaxşılaşdırır;
• kaliumun mənimsənilməsinə kömək edir;
• orqanizmə zülalı sintez etməyə kömək edir;
• bəzi fermentlərin işini asanlaşdırır;
• əzələlərin yığılmasına və boşalmasına kömək edir;
• arterial təzyiqin saxlanılmasına kömək edir;
• orqanizmin stresə davamlığını artırır;
• sakitləşdirici təsir göstərir;
• həyəcan və əsəbiliyi azaldır;
• xolesterin səviyyəsini azaldır;
• qanın laxtalanmasını və sümük toxumasının metabolizmini normallaşdırır.

Maqnezium defisiti yuxululuqdan və əzələ zəifliyindən tutmuş hallüsinasiya və ətraflarda keyləşməyə qədər bir sıra simptomların yaranmasına səbəb olur. Qanda maqneziumun normal miqdarı 0,66-1,07 mmol/l, sutkalıq tələbat norması isə 400 mq təşkil edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.