Az hərəkət edənlərin ölüm faizi daha yüksəkdir.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, həkimlərin fikrincə, 15 yaşdan yuxarı insanların 31 faizində bu problemlər görünür. Onların da ölüm riski digərlərinə nisbətən 22 ilə 49 faiz arasında dəyişir.
Mütəxəssislər bildirir ki, hərəkətsizlik xərçəng, yüksək təzyiq, ürək-damar, şəkər xəstəlikləri yaradır. Həmçinin sümük ağrılarına, depressiyaya və immunitet zəifliyinə gətirib çıxarır.
Həkimlər bu baxımdan tövsiyə edir ki, az hərəkət edənlər 20-30 dəqiqədən bir ayağa qalxıb gəzməlidir.
Orqanik.az