Ürək döyüntüləri kədər və sevinc kimi əhval-ruhiyyə ilə, çox çay və qəhvə istehlakı kimi vərdişlərlə bağlı ola bilər. Lakin xüsusilə 65 yaşdan sonra ürək döyüntüsü olan insanların müntəzəm elektrokardioqramma etdirmələri lazımdır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bunu ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.
Normal ürək ritmi orta hesabla 60-100 arası olmalıdır. Döyüntü bundan yüksək olduqda bu, müəyyən xəstəliklərə işarədir.
Cabir Gülmalıyev ürəyin tez-tez döyünməsinin digər səbəblərini qeyd edib:
– Qanazlığı;
– Yüksək hərarət;
– Bəzi infeksiyalar;
– Ağciyər problemi;
– Mitral qapaq çatışmazlığı;
– Tireotoksikoz (zəhərli zob);
– Ürək əzələsi ilə əlaqədar problemlər;
– Ürək damarlarında tıxanma, daralma;
– Ürəyin fəaliyyətində yaranan problemlər.
Orqanik.az