Hər gün 1 portağal yeməyin faydaları

Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nədir?

Orqanik.az Axşam.az-a istinadən portağalın faydalarını sadalayır:

1. Soyuqdəymənin dərmanıdır – tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İnsanı soyuqdəymədən, viruslardan qoruyur. Bu vitamin bədəndə olan iltihablara təsir edər və onun sağalmasına şərait yaradar. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyər.

2. Qandakı pis xolesterinin səviyyəsini aşağı salır – tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir göstərir. Portağal suyu qanda olan yağlılığı aşağı salır. Ona görə, gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.

3. Çəkini normada saxlayır – portağalın tərkibində su, kalsium, bir qədər kalori var. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin. Çünki kalorisi azdır.

4. Portağal xərçəng xəstəliyini uzaqlaşdırır – tədqiqatlar göstərir ki, portağalın tərkibində olan anti-oksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır. Portağalın tərkibində olan C vitamini bir çox xəstəliklərin qarşısını aldığı kimi, xərçəngin də qarşısını ala bilir.

5. Ürəyinizə faydalıdır – portağalın tərkibində olan anti-oksidantlar ürək xəstəliklərinin də qarşısını alır.

6. Dəriyə qulluq edir – tərkibində olan anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alır və hüceyrə sistemini gücləndirir. Ona görə də tövsiyə edilir ki, hər gün ya portağal yeyəsiniz, ya da onun suyundan istifadə edəsiniz.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.