Həkimlər haqqında söylənən əfsanələr

Biz vaxtaşırı xəstələnirik. Xəstələndikdə isə həkimlərin yardımına ehtiyacımız olur və biz həkimlərə inanıb onların hər dediyini yerinə yetiririk. Cəmiyyət arasında həkimlər barədə müxtəlif əfsanələr söyləniıir. Bu əfsanələrdən bir-neçəsi aşağıdakılardır.

Həkimlər Hippokrat andı içiblər.
Qədim dövrlərdən bütün tibb işçiləri ilk tibbi fəaliyyətə başlamazdan Hippokrat andına sadiq olmaları barədə and içib soz veriblər. Bu indi belə deyil. İndi bütün ölkələrin tibb işçiləri öz yerli və dini xüsusiyyətləriə uyğun and içirlər.
Həkimlər nadir hallarda xəstələnirlər
Bu əhali arasında yayılan söyləntidir. Həkimlər də digər insanlar kimi xəstələnə bilirlər. Hətta onların işləri gərginlik və stress tələb etdiyi üçün adi insanlardan daha çox həkimlər xəstələnirlər. Həkimlər arasında aparılan araşdırmalar onları ən çox yuxusuzluqdan və depreddiyadan əziyyət çəkdiklərini təsdiq edir. Buna səbəb isə həkim peşəsinin çətin və məsuliyyət tələb etməsidir. Həkimlər işləri ilə əlaqədar olaraq yoluxucu xəstəliklərdən, dəri xəstəliklərindən daha çox əziyyət çəkirlər.
Ən yaxşı diplomu olan həkim ən savadlı həkimdir
Həkimlər də bizim kimi adi insanlrdır. Yaxşı və ya bir-neçə diplomun olması həkimin səhv etməməsi demək deyil. Buna səbəb isə onun savadsızlığı deyil. Bəzən həkimlər yorğunluqdan, diaqnostik aparaturaların çatışmazlığından səhv edə bilirlər.  Səhvlər ən çox mamalıq, anesteziologiya, psixatriya və stomatologiya sahəsində baş verir.
Həkimlər çox pul qazanır
İctimaiyyət arasında həkimlərin ən çox pul qazanan adamlar olduğu barədə əfsanələr söylənilir. Halbuki, yerli dövlət hakimiyyətinə tabe olan və büdcə ilə maliyələşən həkimlərin maaşı çox azdır. Onlar da ailələrini sistemli şəkildə dolandırmağa çalışan adamlardandırlar.
Həkimlər bilərəkdən pis xəttlə yazırlar.
Çoxları həkimlərin reseptləri oxunmasın deyə onların pis xəttlə yazdıqlarını söyləyirlər. Amma, bu belə deyil. Həkimlərin çoxu universitetdə mühazirələr zamanı tez-tez yazdıqları üçün xəttlərini korlandıqlarını deyirlər.
Bəzi həkimlərin hətta, xəstəyə psixoloji təsir etmək üçün pis xəttlə yazdığı barədə də söyləntilər vardır. Bəzən də həkimlərin xəttinin pis olmasını onların yorğun olduqları üçün tələsdiklərindən baş verdiyi söylənilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.