Çox eşitmişik, xəstələnən adama tez sağalması diləyi ilə “yastığın yüngül olsun” deyirlər. Türkiyəli həkim Hakkı Akşenerin iddiasına görə isə sağlam olmaq üçün yorğanın ağır olması lazımdır.
Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, həkim ağır yorğanda yatmağın insan orqanizminə faydalarından danışıb:
“Ağır yorğan xüsusən, qışda insanı daha çox rahatladır və daha bərk yuxu gətirir. Ağır yorğan orqanizmdə melotonin hormonunun 30 faiz daha çox ifraz olunmasına, nəticədə insanın daha bərk yatmasına səbəb olur”.
Daha ağır yorğan dedikdə həkim insan bədəninin yüzdə beşi və ya yüzdə 12-ni təşkil edən ağırlığda yorğanı nəzərdə tutur.
Yəni, təxminən 80 kiloqram çəkisi olan adam 4-9 kilo ağırlığı olan yorğanla yatsa, orqanizminə daha çox fayda vermiş olar.
Xatırladaq ki, melotonin hormonunun orqanizmdə çoxluğu insanı sakitləşdirir, stresi azaldır.
Orqanik.az