Hippokrat andı… Tibb işçilərinin əxlaq kodeksi

Həkimlik olduqca çətin, həssas və bütün bunlara bərabər səviyyədə maraqlı peşədir. Bu peşənin sahibləri birbaşa insan sağlamlığının qarantı rolunda çıxış edirlər. İnsan taleyinin asılı olduğu bu sahənin adamlarının vicdanlı olması birmənalıdır və müzakirə predmeti ola bilməz. Vicdan anlayışı əhatəli olduğundan, bu peşə adamlarına bu konteksdə daha çox lazım olan keyfiyyətləri sadalamağda fayda var: Savad, bacarıq, insanlıq, ümumilikdə peşəkarlıq… Həkimlər ta qədimdən sadaladığımız bu keyfiyyətlərə sahib və sadiq olacaqlarına and içirlər. Özü də yaxınlarının canına yox, çox uzaqdakı Hippokrata… Həkimlərə bu qədər yaxın olan Hippokratın kimliyi maraq doğurur. O, antik dövrün məşhur yunan həkimidir. Dövrünün antik olmasına baxmayaraq, müasir texnologiyanın tərəqqi etdiyi bir zamanın həkimlərinin atası hesab olunur. O ata ki, hər bir davamçısı peşə fəaliyyətinə başlayarkən başına and içir.

Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, eramızdan 3000 il əvvəl tarix və ədəbiyyat materiallarına görə yunan həkimi Hippokrat ilk həkim andını hazırlayıb. Və o, həkim andında bir neçə məsələyə toxunub. Birincisi həkim andında o dövr üçün coxallahlılıq olduğu üçün bütun Allahlara and içməklə nələrə riayət edəcəyini həkimlər qarşısında qoyub.

Hippokrat andında deyilir ki, hansı evə daxil olacamsa, ancaq xəstənin xeyrini düşünəcəm. Kişi və qadınların bədəninə sui-istifadədən çəkinəcəm, insanların bütün xəstəliklərini bir sirr olaraq saxlayacam və s. Andın sonunda həkimlər bu anda sadiq qalmayacaqları təqdirdə Allahdan özlərinə bədbəxtlik arzu edirlər. Andın tam mətni ilə tanış olduğumuz zaman görürük ki, Hippokrat öz peşəsini necə də müqəddəs sayırmış. Buna baxmayaraq zaman ötdükcə dünyada baş verən iqtisadi-siyası formasiyaların nəticəsi kimi bir çox ölkələr bu andı öz mənafelərinə uyğun dəyişiblər. Ölkəmizdə də tibb sahəsi üzrə təhsil alan potensial həkimlər mütləq and içməlidirlər. Bu proses həm şifahi, həm də rəsmi akta imza atmaqla təsdiqlənir.

Andiçmə mərasimi bir növ ritual olsa da, məcburidir. Universitetin məzunları bu andı həm sözlü qəbul edirlər, qəbul etdikdən sonra himn səslənir. Çünki bu sanki bir dövlət tədbiri kimi qəbul olunur. Daha sonra hər bir məzun həkimlik nadına imza atmalıdır. Və onun diplomunda da imza atdığı gün göstərilir ki, həkim andını bu tarixdə qəbul etmişdir. O da möhürlənir və həkim andının imzalanmış nüsxəsi onun şəxsi işində arxiv qaydalarına görə 75 il saxlanılır.

Hər halda insan həyatı bu dünyada hər şeydan daha vacibdir. Ona görə də həkimlərin, öz peşələrinin məsuliyyətini daşımaqdan başqa alternativ fikri ola bilməz. Digər peşələrdən fərqli olaraq həkimin səhvi bir insan ömrünün sonu deməkdir. Bir də ki, vicdanlı adam bütün sahələrdə peşəkar olur. İstər Hipokrata and içsin, istərsə də doğma atasının canına…

Hippokrat andının nədən ibarət olduğunu bilmək istəyirsizsə, orijinal mətnini oxuyun:

“Apollona – loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə, götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm; bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm.

Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyəm, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm.

İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun.”

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.