Hipotoniyanın səbəbləri və ilkin yardım üsulları

Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, təzyiqin yüksəlməsi nəticəsində insult və infarkt olmaq təhlükəsindən ehtiyat edirlər. Lakin bir qrup xəstələr də var ki, təzyiqin aşağı olmasından, yəni hipotoniyadan şikayətlənirlər. Bəzən elə düşünənlər tapılır ki, aşağı təzyiq elə də qorxulu deyil, lakin bu vəziyyət bəzi xəstəliklərin göstəricisi ola bilər.

Həkim-kardioloq Nərgiz Məmmədova Orqanik.az-a deyib: “Cavanlar arasında arterial təzyiqin aşağı olması daha çox qan azlığı və ya hansısa gizli xəstəliklə əlaqədar ola bilər. Bu, fərdi xüsusiyyət daşıyır, zob, sinir, həzm sistemi, böyrək xəstəlikləri ilə əlaqədar və hansısa iltihabı proseslərdə baş verə bilər. Həm də elə problemlə əlaqədar ola bilər ki, onun nəticəsində anemiya yaranar”.

Həkim-terapevtin dediyinə görə, əgər hipotoniyanın qarşısı alınmazsa, gələcəkdə çox ciddi fəsadlar verə bilər: “Hipotoniya ac qalmaq nəticəsində yaranıbsa və ya sinir sistemi ilə əlaqədardırsa, mütləq maye qəbul etmək lazımdır. Bəzən arterial təzyiq aşağı olanda bayılma da baş verə bilər və belə halda ilkin yardım zamanı xəstənin ayağını yuxarı qaldırmaq lazımdır ki, beyinə qan işləsin”.

Həkim-terapevt onu da bildirib ki, hipotoniyadan əziyyət çəkənlər mütləq mütəxəssis yardımından yararlanmalıdır. Əgər belə şəxslərin böyrək problemi yoxdursa, gün ərzində 2 litrə qədər maye qəbul etməsi tövsiyə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.