Hipofiz vəzin adenoması çox rast gəlinən xoşxassəli şişlərə aid xəstəlikdir.
Kliniki təzahüründən asılı olaraq şiş hormonal aktiv və ya lal şiş olur.
Xoşxassəli olmasına baxmayaraq, böyüyüb bir çox problemlər yaratdığından cərrahi müdaxilə tələb oluna bilər.
Hipofiz vəzi başda yerləşir, bu vəzin törəmələri 30-40 yaşlı insanlarda, daha çox qadınlarda rast gəlinir.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, hazırda hipofiz adenomiyasının yaranma səbəbi tibb üçün açılmamış mövzudur.
İki yayılmış fikir var. Birincisi – hipofiz vəzin hüceyrə quruluşunda genetik kodla bağlı dəyişiklikdən yaranır.
İkincisi endokrin vəzilərin işinin pozulması nəticəsində vəzidə şiş yaranır.
Eləcə də kəllə travmaları, ağır infeksiyalar, mərkəzi sini sistemini zədələyən viruslar, hamiləlikdə uğursuz təsirlər də hipofizdə şiş yarada bilir.
Son elmi araşdırmalar göstərib ki, hipofiz adenoması uzun illər oral kontraseptiv dərmanlar qəbul edən gənc xanımlarda da çox müşahidə edilir.
Adenomanın hormonal məhsuldar növündə vəzin şişi hormon sintezində iştirak edir, bu zaman daha çox prolaktin ifrat dərəcədə hasil olunur.
Lal növündə isə şiş özü heç bir hormon hasilində iştirak etmir.
Eləcə də hormonal aktiv adenoma zamanı somatotropin, kortikotrop, tireotrop hormonlar da artır.
Ademonanın ölçüsünün də təsiri var.
Mikroadenoma millimetrik ölçüdə olur.
Makroadenoma isə 30 mm-i keçir və hipoviz vəzin yerləşdiyi türk yəhəri deilən yuvadan kənara çıxır.
Nəhəng, giqant ademona 30 mm-i keçərək, daha böyük olur.
Əlamətlər:
-İlk olaraq nevroloji pozulmalar, əsəb sinir sistemində dəyişikliklər baş qaldırır
-Periodik olaraq tutma tipli baş ağrıları- daha çox gicgah, alın, gözlərdə ağrı
-Görmədə pozğunluqlar, şiş böyüdükcə göz əzələsinin paralici, ikili görmə
-Prolaktinomada hormonun miqdarı artdıqca menstruasiya tsikli, laktasiya pozulur, aybaşı olmur. Hamiləlikdə çətinlik çəkirlər.
-Dəridə akne, səpki
-Kökəlmə
-Kişilərdə süd vəzilərinin böyüməsi, impotensiya
Diaqnoz üçün:
MRT və ya KT vasitəsilə qoyulur. Amma çox millimetrik şişləri bu müayinələr də aşkar etməyə bilər. Ona görə rentgen çəkimi, hormonal analizlər, oftalmoloji müayinə mütləqdir.
Müalicəsi:
Kiçik şişlərdə hormon sintezini azaldacaq müasir dərmanlar yazılır. Eləcə də şüa terapiyası aparıla bilər. Əgər şiş ətraf orqanları çox sıxırsa, əməliyyatla xaric olunur .
Orqanik.az