Bu maddələrin kanalcıq nəqli hesabına böyrəklər bədənin qələvi-turşu müvazinatının tənzim olunmasının aktiv iştirakını təmin edir.Bədəndən turş və qələvi məhsulların artıq hissəsini xaric etməklə böyrəklər qanın pH göstəricisini fizioloji hüdudlar daxilində saxlayır.
Hidrogen ionları əsasən poksimal kanalcıqlarda aktiv sekresiya olunaraq natriuma dəyişilir.80-90% bikarbonatlar proksimal kanalcıqlarda passiv və natriumun dalınca reabsorbsiya olunurlar.Distal kanalcıqlarda proksimal kanalcıqlara nisbətən çox az miqdarda hidrogen ionları sekresiya olunur və bikarbonat ionları reabsorbsiya olunur.
Bikarbonatların reabsorbsiyası sxematik olaraq aşağıdakı kimi təsəvvür olunur.Hidrogen ionu,kanalcıq epitelisi tərəfindən sekresiya olunaraq kanalcıq mayesi tərkibində bikarbonat ionu ilə qarşılıqlı əlaqəyə girir.Nəticədə karbonat turşusu əmələ gəlir.Karbonhidraza fermenti təsirindən karbonat turşusu hidrolizə məruz qalır,suya və karbon qazına çevrilir.Karbon qazı hüceyrəyə diffuziya edir və yenə karbonhidraza fermenti tərəfindən hidratasiya olunur,yəni hidrogen və bikarbonat ionuna çevrilir.
Böyrəklər tərəfindən bəzi turşuların sekresiyası kanalcıq epitelisi tərəfindən sekresiya olunmuş hidrogen ionları reabsorbsiya olunmayan anionlara birləşir.Böyrək kanalcıqlarında ammonyak əmələ gəlir və kanalcıq sidiyinə diffuziya edir.
Hidrogen ionlarından və ammonyakdan başqa üzvi maddələr də kanalcıq sekresiyası yolu ilə böyrəklərdən ekskresiya olunurlar.
Orqanik.az