Qış aylarının ən məşhur meyvələrindən biri olan heyvanın insan sağlamlığı üçün bir çox faydası var. Mütəxəssislər orqanizmin gün ərzində daha canlı və dolğun hiss etməsi üçün mövsüm ərzində hər gün bir heyva istehlak etməyi tövsiyə edir. Ancaq araşdırmalar nəticəsində məlum olub ki, biz heyvadan illərdir düzgün istifadə etmirik. Evdar.az heyvanın hansı qaydayla yediyimizə görə bütün vitaminlərinin məhv olduğu haqqda araşdırmanı təqdim edir.
Mütəxəssislər izah edir ki, heyva kəsilmədən istehlak edilməlidir. Kəsildikdə isə metal bıçaqla kəsilməməlidir.
İÇİNDƏKİLƏR
Heyvanı metal bıçaqla kəsməyin!
Aparılan araşdırmalara görə, heyvanın yarpaqları və qabığı, demək olar ki, özündən daha əhəmiyyətlidir. Tərkibində vitamin və minerallar yüksək olduğuna görə heyvanın qabığı ilə birlikdə istehlak edilməsi məsləhət görülür. Heyvanı metal bıçaqla kəsdikdə kəsici alətlərin tərkibində olan brenthill maddəsi heyvada olan pektin və üzvi turşu maddələrinin xüsusiyyətlərini yox edir.
Qabıqla birlikdə istehlak etməyə diqqət edin!
Heyva həzm problemlərinə yaxşı təsir edən meyvədir. Qəbizlik kimi xoşagəlməz halların yaranmasının qarşısını alır. Qabığı ilə birlikdə istehlak edildikdə daha sağlam metabolizmə dəstək olur.
Saçları parlaq edir
Heyva qanda oksigeni artırır və qan dövranını artırır. Beləliklə, saçın köklərinə gedən sağlam qan hüceyrələri saçın daha parlaq və güclü olmasına dəstək olur.
Xərçəng hüceyrələrini azaldır
Yüksək antioksidant sayəsində bədəndə dolaşan sərbəst radikalları və xərçəng hüceyrələrini azaldır.
Pəhriz siyahılarının başında öz yerini tutur!
Heyva pəhriz siyahılarında da birinci yerdədir. Qan şəkərini artırmayan bu meyvəni şəkərli diabet xəstələri rahatlıqla qəbul edə bilərlər.