Hemorragik diatezlər

Hemorragik diatezlər anadangəlmə və qazanılma xəstəliklər qrupu olmaqla spontan və ya travmadan sonra törənir. Xəstəliyin əsas klinik təzahürü hemorragiyalardır ki, bu da özünü təkrari qanaxma və qansızmalara meyilliklərlə göstərir.
Daxili xəstəliklər praktikasında hemorragiyalar aşağıdakı vəziyyətlərdə rast gəlinir:
1. Xəstəliyin əsas təzahürü kimi (trombositopenik purpura,hemofiliya,Osler-Veber-Randyu sindromu və s.)
2. Müəyyən bir xəstəliyin sindromu (qaraciyər sirrozu, qırmızı qurd eşənəyi və s.)
3. Aparılmış müalicələrin fəsadlaşması (duz və qeyri-duz antikoaqulyantlar, fibrinolitik preparatlar və s.)
Qanaxmanın ifadəsi geniş intervalda tərəddüd edə bilir. Yəni qanaxmalar dəri və dərialtı təbəqəyə kiçik qansızmalardan tutmuş oynaq daxilinə, əzələarası sahələrə massiv qanaxmalar, habelə daxili orqanlardan qanaxmalar (bağırsaq, mədə, uşaqlıq)şəklində ola bilir.
Hemoragik diatezlərin kliniki təzahürləri olduqca müxtəlifdir. Bu hemorragik sindromun forma və ifadə dərəcəsindən, müxtəlif orqan və sistemlərin prosesə cəlb olunmasından və ağırlaşmalardan asılıdır. Hemorragik diatezlər zamanı xəstələrdə aşağıdakı əlamətlər meydana çıxır:
– böyük orqanlara, dərialtı piy təbəqəsinə, peritonarxası boşluğa ağrılı qansızmalar
– patoloji sınıqların, deformasiyaedici artrozun, patoloji sınıqların inkişaf etməsi
– əzələlərin atrofiyası
– posttravmatik və postoperasion profuz qanaxmalar.
Hemorragik diatezlər zamanı bəzən xəstələrin dərisini əl ilə dartdıqda belə qansızmalar baş verir. Hemorragiyalar zamanı oynaq qansızmalarına da rast gəlinir ki, bu da nadir hallarda baş verir. Bəzi hallarda dəridə hemoragik səpgilər müşahidə olunur ki, buna hemorragik vaskulitlərdə rast gəlinir.
Xəstəliyin müayinəsi qanaxma müddətinin təyin edilməsi ilə başlayır. Bu qanaxmada hemostazın trombositar həlqəsinin iştirakını aydınlaşdırmağa imkan verir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.