Haşimato tiroid xəstəliyidir. Boğaz müayinəsi , tiroid hormon testləri, USM vasitəsilə haşimato diaqnozu qoyula bilər. Qanda T3 və T4 hormonlarının düşmə (bəzi zamanlarda yüksəlmə də müşahidə oluna bilər), TSH hormonunda yüksəlmə və ya azalma baş verə bilər. Bununla da tiroid xəstəliyinin olub-olmaması müəyyən edilir.
Haşimato tiroidinin müalicəsi necə aparılır?
Müalicə zamanı tiroiddəki dəyişəkliyin tamamilə qarşısını alan dərman təəssüf ki yoxdur. Tiroidi az olan xəstələrə dərman preparatı, hormonu artırmaq üçün verilir. Bu preparatlar daimi olaraq içilməlidir. Zamanında içilməsə bu, kilo artımına, hormonların dəyişikliyinə səbəb olar.
Dərman miqdarı isə xəstənin vəziyyətinə uyğun olaraq həkim tərəfindən müəyyən edilməldiri. Arıtq və ya əksik miqdar istənilməyən nəticələr doğura bilər. Nəzarətsiz, özbaşına içilən artıq miqdar hipertiroid kimi ciddi xəstəlik yarada bilər.
Dərman həbləri yaşlı və ürək xəstələrində az miqdarda başlanılır. Tiroid dərmanları acqarnına içilməlidir. Bu zaman effekt daha ürəkaçan olur. Xüsusilə kalsium, dəmir və mədə dərmanları tiroid dərmanının təsirini azalda bilər.
Bu xəstəlik qadınlarda hamiləliyin qarşısını alır. Hamilə qalmağı düşünən qadınlar mütləq şəkildə həkimlə dərman miqdarını danışmalıdır. Hamiləlik zamanı da bu preparatlardan istifadə mütləqdir.
Qeyd edək ki, bunun dölə mənfi təsiri yoxdur. Əgər həblər içilməssə bu zaman düşmə təhlükəsi yarana bilər. Doğum sonrası da ümumi müayinələr aparılmalıdır.
Orqanik.az