Hansı xalq təbabəti vasitələri ilə qanı durultmaq olar?

Bəzi xəstəliklər vardır ki, onlar qanın laxtalıanma qabiliyyətinin çox olmasından əmələ gəlir. İnfarkt, insult, tromboflebit, venaların varikoz genəlmələri, babasil və s. belə xəstəliklərin siyahısında ilk yerlərdə durur. Adları çəkilən xəstəliklərin əmələ gəlməsində qanın laxtalanma qabiliyyətinin yüksək olması səbəb olur. Belə ki, laxtalanmaya meyilli qanda asanlıqla tromblar əmələ gəlir və bu tromblar qan damarlarında asanlıqla hərəkət edirlər. Trombların ürəkdə, beyin damarlarında tıxannıb qalması isə həmin nahiyəyə oksigenin getməməsinə səbəb olur. Tutulmuş nahiyəyə qanın işləməməsi həmin nahiyədə oksigen aclığına səbəb olur və xəstəlik əmələ gəlir.

Yuxarıda yazılan patologiyaların baş verməməsi üçün isə qanın laxtalanmasını nəzarət altında saxlamaq və laxtalanma sürətini azaltmaq lazımdır. Qanın laxtalanmasının qarşısını almaq üçün çoxlu dərman preparatları vardır. Amma, siz qida rasionunuza nəzarət edərək qanınızın laxtalanmasının qarşısını ala bilərsiniz. Aşağıdakı qidalar sizin qan laxtalanmasızı azaldacaq, tromb əmələ gəlməsinin qarşısını alacaq və bu səbəbdən meydana çıxan xəstəliklərin qarşısını alacaq.

1. Gün ərzində ən azı 5-6 stəkan adi su için. Təbii su qan laxtalanmasının qarşısını alan vasitələrdən biridir.
2. Gündəlik rasionunuza zeytun və ya kətan yağı əlavə edin.
3. Alma sirkəsini suya qatıb için. Bu zaman 1 çay qaşığı sirkəni 1 stəkan ilıq suda həll edin.
4. Hər gün qidanıza soğan və ya sarımsaq əlavə edin.
5. Limonlu su və ya limon şirəsi sıxılmış salatlar qanda tromb əmələ glməsinin qarşısını alır.
6. Çuğundur şirəsi qanı duruldur.
7. Tünd şokolad qanı duruldur.
8. Balıq və balıq yağı qanın laxtalanmasının qarşısını alır.
9. Hər gün pomidor yemək və ya pomidor şirəsi içmək qanı duruldur.
10. Moruq, qara və ya qırmızı yemişan şirəsi, albalı, çiyələk, böyrütkən yemək qan laxtalanmasının qarşısını alır. Bunun üçün hər gün bu meyvələrin birindən ən azı 200 qram yemək lazımdır.
11. Hər günkü, qidalarda zəncəfildən istifadə etmək qa lxtalanmasının qarşısını alır.
Aşağıdakı qidalar qanın laxtalanmasına səbəb olur:
* ət bulyonu
* kolbasa
* hisə verilmiş qidalar
* ağ çörək
* qaymaq
* itburnu
* banan və manqo  
* bəzi bitkilər pişikotu, gicirtkən, qarğıdalı saçağı, qırxbuğum, dazıotu və s. Bu bitkilərin dəmləmələrini uzun müddət içdikdən sonra fasilə vermək və sonra yenidən qəbul etmək lazımdır.
Çoxlu miqdarda duzlu qida qəbulu, siqaret, sidikqovucular və hormonal preparatlar da qanın laxtalanmasına səbəb ola bilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.