Hansı qan təzyiqi normal, hansı yüksək sayılır? İZAH

Bu çox vacib məlumatdır. Bir çox insanlar bunu bilmir, təzyiqini “normal” hesab edir və vaxtında həkimə müraciət etmirlər.

Nəticədə isə yüksək təzyiq orqanizmə ciddi ziyan vurur, müxtəlif ağır pozulmaların inkişafına gətirib çıxardır.

2017-ci ildə Amerika kardioloji assosiasiyası və Amerika kardeoloji koleci, 2018-ci ildə isə Avropa kardioloji cəmiyyəti hipertoniyanın müalicəsi ilə bağlı tövsiyələrini yeniləyib.

İndi Avropada 65 yaşına qədər olan insanlarda normal sistolik (“yuxarı”) təzyiq 120-129 mm c.st sayılır. Bundan yuxarı təzyiq isə yüksək sayılır.

Yaşlı insanlarda (65 yaşdan yuxarı) norma 140-150 mm c.st-dan 130-139 mm c.st-a qədər aşağı salınıb.

Diastolik (“aşağı”) təzyiq bütün yaş qruplarında normada 80 c.st-dan çox olmamalıdır.

Beləliklə, əgər təzyiqiniz müntəzəm olaraq 129/80 mm c.st-dan çoxdursa bu artıq yüksək təzyiq sayılır və siz mütləq həkimə müraciət etməlisiniz. Belə təzyiq göstərir ki, sizdə hipertoniya inkişaf etməyə başlayır. İlk mərhələlərdə bunun qarşısını almaq və təzyiqi normaya salmaq mümkündür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.