Qan qrupuna görə tutulan pəhrizlər nəyə görə bu qədər insanın diqqətini cəlb edir?
İlk əvvəl ona görə ki, qan qrupuna görə tutulan pəhriz qəbul olunan qidanın miqdarını təcrid etmir. Siz istədiyiniz miqdarda qida qəbul edə bilərsiniz. Bu pəhriz zamanı qəbul olunan kalorilərin miqdarını bütün digər pəhrizlərdə olduğu kimi nəzarətdə saxlamaq lazım deyil. Bundan əlavə qan qrupuna görə təyin olunan pəhriz özündə “pəhriz” terminini çıxarmağa çalışaraq insanın uzun müddət qidalana biləcəyi sağlam qidalanma kimi qəbul edilməyə layiqdir.
Qeyd etmək lazımdır ki, qan qrupu faktoru özü-özlüyündə son zamanlar populyar olmağa başlayıb. Astroloqlar, psixoloqlar, həkimlər bu faktoru nəzərə almağa başlayıblar. Beləliklə, təbiətin özü insan üçün faydalı qidanı müəyyənləşdirir və bir çox kliniki tətqiqatlar bu üsulun xeyrili və məqsədyönlü olmasını təstiqləyir.
Tibb.az bildirir ki, bu pəhriz nəinki mədə bağırsaq sisteminin işini və maddələr mübadiləsini yaxşılaşdırır, həm də imuniteti tez bir zamanda qaldırır, bir neçə konkret hallarda bu pəhriz allergiyanın aradan götrülməsinə və tamamilə müalicə olunmasına səbəb olub. Bundan əlavə qan qrupuna görə pəyriz insana daha çox enerji verərək onu daha güclü olmasına və iş qabiliyyətinin yüksək olmasına təkan verir. Aşağıda sizə qan qrupuna uyğun dietaları təqdim edirik.
I-ci qan qrupu
Olar: Ət (ət məhsullarının bütün növləri)
Balıq (bütün növləri), dəniz məhsulları, meyvə tərəvəz (bütün növləri), brokkoli, yaşıl salat, ispahaq, kəpək unu.
Az miqdarda olar: yulaf yarması, qarabaşaq,
Olmaz: kələm, qarğıdalı, buğda, paxla, dondurma ,kortof, mərci, mayalı un məmulatları, ketçup, turşular, turş meyvələr (ananas), sitrus (bütün növləri).
Olar: Yaşıl çay, itburnu, zəncəfil cayı, nanəli cay, cökə (lipa) çayı
Az miqadarda olar: pivə, çaxır, adaçayı (şalfey), çobanyastığı, moruq yarpağı, jenşen, pisik otu (valerian)
Olmaz: kofe, tünd içkilər, dazı otu, səna çayı, çiyələk yarpağı
Olar: Fiziki təlim, aerobika, qaçış, üzgüçuluk, xizəkdə süruşmək
II-ci qan qrupu
Olmaz: Ət (hər növ), balıqlardan (hisə verilmiş), balıq kürüsü, süd məhsulları, mayonez, buğda unu, bibər (hər növ), sirkə, ketçup, pomidor, dondurma qənd, şokalad, yağ (qarğıdalı, oraxis), portağal, naringi, banan, kokos, papaya, turş meyvələr və giləmeyvələr.
Duzlu qidalar: kələm, xıyar, duzlu balıq
Olar: Zeytun yağı, soya, tərəvəzlər(hər növ), ananas, sarımsaq, soğan, kök, kortof, brokkoli, paxlalı bitkilər, yumurta
Az miqdarda olar: Yağsız pendir,yağız kəsmik, toyuq, hind toyuğu, balıq, içkilər
Olar: qəhvə, yasıl cay, qırmızı caxır, kök, ananas, qreyfrut, albalı şirələri, limon suyu
Olmaz: qara çay, portağal şirəsi, moruq, ciyələk,
Olar: Fiziki təlim – yoqa, tay-çize.
III-cü qan qrupu
Qlütenli qidalar olmaz (buğda, çovdar, arpa, yulaf yarmaları ilə istənilən qidalar)
Olar: Ət (bütün növləri), hind toyuğu, balıq (bütün növləri), yumurta, paxlalı, tərəvəz (bütün növləri), tərəvəz salatları, meyvələr (bütün növləri)
Olmaz: dəniz məhsulları (balıqdan başqa), toyuq, qarabaşaq, buğda unu, qarğıdalı (hər novü, hətta yağları), balqabaq, zeytun, pomidor, mərci, araxis
İçkilər olar: Yaşıl çay, ot çayları (moruq yarpağı, kəklikotu), biyan kökü, şirələr (kələm, ananas, üzüm, quşüzümü)
Az miqdarda olar: pivə, caxır, qəhvə, qara çay, portağal şirəsi.
Olmaz: tomat şirəsi, bağ meyvələri.
Olar: fiziki təlim, yürüş, tennis, üzgüçülük, yoqa, tayçi, velosiped.
IV-cü qrup
Olar: qoyun, dovşan, balıq,hind toyuğu, süd məhsulları( yağsız pendir), zeytun yağı, qoz, araxis, tərəvəzlər (bütün növləri), meyvələr (turş növlərindən başqa), ananas.
Olmaz: qarabaşaq, qarğıdalı (bütün növlər və yağları), acı bibər, qara zeytun, turş meyvələr, qirmizi mal əti, tumlar (hər növ), buğda unu.
Az miqdarda olar: paxlalı bitki,
İçkilər olar: qəhvə, yaşıl çay, çobanyastiğı çayı, jenşen, zəncəfil, itburnu.
Az miqdarda olar: pivə, caxır, nanəli cay, pişik otu , nanəli çay
Olmaz: cökə, səna çayı.
Orqanik.az