Hazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilində desək smeslər…
Bəzən analar öz südündən özləri imtina edirlər ki, bunu həkimlər çox yanlış addım kimi dəyərləndirirlər. Bəzi analar isə hansısa xəstəlik səbəbindən müalicə almalı olurlar. Bu səbəbdən də onlara süd vermək qadağan edilir. O zaman hazır qidalara keçirilir.
Bəs hansı hazır qidalar (smeslər) daha yaxşıdır? Ən yaxşı smes
Əksər valideynləri düşündürən sualın cavabını pediatr Xəyalə Quliyeva cavabladı.
Onun sözlərinə görə, hər halda ilk tövsiyə edilən ana südüdür. Ancaq bəzi hallarda təəssüf ki, hazır qidalara ehtiyac duyulur:
“Bəzi analar düşünürlər ki, uşaq smes yeyirsə daha yaxşı qidalanır, kökələcəklər. Uşaqda daha yaxşı inkişaf olacaq. Smes uşağı süni şəkildə kökəldə bilər”.
Quliyeva, əvvəlcə ana südünün çatıb-çatmadığını müəyyənləşdirməyin lazım olduğunu qeyd edib:
“Bunun üçün uşağın həftəlik, aylıq çəkisinə baxmaq lazımdır. Birinci ayda 600 qr, ikinci aydan 6-cı aya qədər 700-800 qr artım olmalıdır. Bir yaşına kimi hər aya 400 qr çəki almalıdır. Əgər uşaq almırsa, pamper dəyişimi bir-iki dənədirsə deməli doğurdan da ana südü çatmır. Əgər çox dəyişirsə aylıq artım 700-800 qr aralığındadırsa deməli ana südü yetərlidir. Ən yaxşı smes deyilən anlam yanlışdır. Bəzən nutrilon qəbzlik verir friso kabrita, humana əksər zaman bütün uşaqlara düşür. Yəni bu sırf uşağın orqanizmindən asılıdır. Sadəcə qiymət fərqi var. Yoxsa xüsusi bir hal yoxdur”. Ən yaxşı smes