Hipospadiya sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucunda deyil alt səthində bir yerə açılmasıdır. Bu anomaliyada cinsiyyət orqanının baş hissəsi ön tərəfdən dəri ilə örtülmədiyindən bunu çox zaman peyğəmbər sünnəti də adlandırırlar. Belə oğlan uşaqları böyük yaşlarda sidiyə adətən oturaraq gedir.
Orqanik.az xəbər verir ki, hipospadiyalı xəstələrdə yanaşı anomaliyalara rast gəlinir. Belə xəstələrdə kriptorxizm, qasıq yırtığı sıx rastlanır. Yanaşı xəstəliklər əsasən ağır formalarda-penoskrotal, skrotal, perineal hipoaspadiyalarda olur.
Hipospadiyaların müalicəsi üçün ideal yaş 6-18 ay arasıdır. Belə ki, bu yaş dövründə icra edilən əməliyyatlar uşaq orqanizmi tərəfindən daha yaxşı qəbul edilir, əməliyyatdan sonra daha az fəsadlaşmaya rastlanır.
Hipospadiyanın müalicəsi cərrahi yolladır. İndiyə qədər hipospadiyanın müalicəsi üçün 350 dən çox əməliyyat növü tətbiq edilib. Bu əməliyyatların çoxu bir birinin modifikasiya edilmiş formaları olub əsasən eyni prinsiplərə əsaslanır. Hipospadiyaya görə icra edilən əməliyyatların əsas məqsədi əsasən sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucuna gətirilməsi, əgər varsa cinsiyyət orqanındakı əyriliyin aradan qaldırılmasıdır.
Sidik kanalının uca gətirilməsi üçün kanalın çatışmayan hissəsi digər toxumalar hesabına formalaşdırılır. Bu məqsədlə sünnət dərisindən də istifadə edildiyindən hipospadiyası olan uşaqların sünnət edilməməsi çox önəmlidir.
Əməliyyatdan sonra hər hansı ağırlaşmalar rast gəlinəndir. /aztibb.az
Orqanik.az