Hansı daha faydalıdır: tərəvəzlər yoxsa meyvələr? Yeni araşdırma

İndiyə qədər diyetoloqlar hər gün 5 porsiya meyvə və tərəvəzləri yeməyi tövsiyə edirdilər. Lakin son araşdırmalar bu tövsiyəyə müəyyən dəyişikliklər əlavə edib.

İngiltərə alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, tərəvəzlər meyvələrdən daha faydalıdır, meyvələrin isə müəyyən mənfi tərəfləri var. Bu səbəbdən diyetoloqlar gün ərzində  3 porsiya tərəvəz + 2 porsiya meyvə və hətta 4 porsiya tərəvəz + 1 porsiya meyvə yeməyi tövsiyə edirlər.

Həkimlərin fikrinə görə, meyvələrin çoxlu miqdarda qəbulu qanda lipidlərin artmasına səbəb olur ki, bu da aterosklerozun riskini artırır.

Tərəvəzlərdən fərqli olaraq meyvələr toxluq hissi yaratmır, əksinə iştahanı artırır. Bu isə artıq çəkinin yığılmasına səbəb ola bilər.  Tərəvəzlər əksinə arıqlamağa kömək edir.

Bundan əlavə meyvələrin çoxlu miqdarda qəbulu arterial təzyiqin artmasına səbəb ola bilər.

Stomatoloqların fikrinə görə, şirin meyvələr kariesin riskini artırır.

Bütün bu sadaladığımız “əmmalar” tərəvəzlərə xas deyil. Bu səbəbdən alimlər tərəvəzləri meyvələrdən daha faydalı  hesab edir və tərəzlərin qəbulunu artırmağı tövsiyə edirlər.

Alimlər meyvələri həddindən artıq yeməyi tövsiyə etmirlər, xüsusilə də insanda artıq çəki və ürək-damar sistemi xəstəlikləri olduqda.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.