Hamiləykən əriylə cinsi əlaqədə olan qadın xəstəxanaya gedəndə öyrəndiklərindən şoka düşüb.
Orqanik.az haberler-ə istinadla bildirir ki, ABŞ-da yaşayan Caroline Wortman adlı qadın hamilə qalsa da, əri ilə normal şəkildə intim münasibət yaşamağa davam edib.
Bir müddət sonra müayinə məqsədi ilə xəstəxanaya getdikdə qeyri-adi olayın şahidi olub. Belə ki, həkimlər onun iki bətnli olduğunu və ikinci bətnində də dölün inkişaf etdiyini ona söyləyiblər.
O, ötən il birinci övladını, 6 ay sonra isə ikinci övladını sağlam şəkildə dünyaya gətirib.
İsmayıl
Orqanik.az