Hamiləliyin ağırlaşmaları

Cift gəlişi.
Hamiləliyin ən qorxulu ağırlaşmalarından biri cift gəlişidir. Bu ciftin aşağı seqment nahiyyəsində yerləşməsidir. Cift gəlişində cift toxuması qismən və ya tamamilə uşaqlıq boynunun daxili dəliyini örtür. Uşaqlıq qanaxması bu zaman xovlararası sahənin tamlığının pozulması nəticəsində yaranır. Cift gəlişində, cift dölün gələcək hissəsindən aşağıda yerləşir.
Cift gəlişinin 4 növü var:
* mərkəzi
* yan
* kənari
* boyun cift gəlişi.
Cift gəlişinin baş verməsinin əsas səbəbi uşaqlığın selikli qişasının iltihabi dəyişikliyidir. Bu zaman mayalanmış yumurta hüceyrə, peyvənd olunmaq üçün əlverişli şərait tapa bilməyərək aşağı enir və uşaqlıq boynunun daxili dəliyi boğaz zonasında peyvənd olunur.
Hamiləliyin ikinci yarısında cinsiyyət yollarında qanaxmanın olması cift gəlişinin olmasına bir işarədir. Erkən baş verən qanaxmalar tam cift gəlişinin əlaməti hesab edilir.
Gec baş verən qanaxmalar isə natamam cift gəlişi ilə şərtlənir. Bu zaman qanaxmalar hamiləliyin 7-8-ci ayında baş verir. Adətən qanaxmalar gecə qəfildən və səbəb olmadan başlayır. Qanaxmalar güclənir, bəzən kəsilir, hətta kiçik bir gərginlik zamanı yenidən başlayır. Təkrari qanaxmalar hamilələrdə anemiyaya səbəb olur və bəzən uzunmüddətli olur. Qadın qısa müddətdə 1 litrə qədər qan itirərsə, gecikmiş yardım onun ölümünə səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.