Qadınların həyatında ən gözəl dönəm olan hamiləlik bəzən xanımlarda kəskin başağrıları da yarada bilir.
Bu səbəbdən xüsusən hamiləliyin ilk 3 ayında artan başağrılarını azaltmaq üçün tədbirlər görmək lazımdır.
Hamiləlikdən əvvəl başağrıları olan qadınlarda hamiləlik dövründə ağrılarda artma müşahidə olunur. Xüsusən miqrenli qadınlarda hamiləliyin ilk 3 ayında hormonal dəyişikliyə bağlı olaraq ağrı tutmalarının sıxlığında və şiddətində artma müşahidə edilir.
Hamiləlikdə ən çox rast gəlinən başağrılarından biri də gərginlik tip baş ağrılarıdır. Bu ağrılar adətən hamiləlik müddətinin gətirdiyi stress, hormonal dəyişikliklərdən yaranan narahatlıqlar, xüsusən çalışan hamilələrdə gündəlik işlərin səbəb olduğu yorğunluq nəticəsində əmələ gəlir.
Gərginlik tip başağrıları bütün başı əhatə edən sıxılma tərzində olan ağrılardır. Sözügedən ağrılar əsasən axşama doğru yaranır, çox da şiddətli olmur. Hamiləliyin ikinci və üçüncü trimestrində çəkinin artımıyla bərabər duruş vəziyyətindəki dəyişikliklərin əmələ gəlməsi, yuxu rejimində pozulmalar səbəbi ilə də başağrılardında artım olur.
Hamilələrdə başağrılarına qarşı ağrıkəsicilərin istifadəsi məsləhət görülmür. Xüsusən hamiləliyin ilk 3 ayında dərmanların dölə tesiri riskli oldugundan daha çox ehtiyat edilməlidir. Əgər ağrının şiddəti çox olarsa parasetamol tipli dərmanlardan istifadə edilə bilər. Hamiləlikdə ağrıkəsicilərin digər riskləri, doğuş zamanı qanaxmanın müddəti və miqdarının artmasına səbəb olması və qaraciyər fermentlərini yüksəldə bilməsidir.
Hamiləliyin ağırlaşması olan preeklampsiya adlanan vəziyyətin ən vacib əlaməti başağrısıdır. Əgər bu başağrısına ani təyziq yüksəlmələri, üzdə, əl və ayaqlarda şişkinlik də əlavə olarsa, mütləq, vaxt itirmədən həkimə müraciət edilməlidir. Bundan başqa kəllə daxili təyziqin yüksəlməsi kiçik damar tutulması və tromb əmələ gəlmə riskinin artmasına səbəb ola bilər.
Bu səbəbdən gərginlik və ya miqren başağrılarına bənzəməyən ağrılarda mütləq nevroloqa müraciət edilməlidir.
Hamiləlik müddətində başağrılarından qorunmaq üçün aşağıdakılar tövsiyyə olunur:
1. Hamilələr yuxu rejiminə xüsusi diqqət yetirməlidirlər. Eyni saatda yatmaq və eyni saatda qalxmaq başağrılarının qarşısının alınmasında önəmlidir.
2. Rejimlə və sağlam qidalanmaya diqqət edilməlidir. Qanda şəkərin miqdarında artıb-azalmalar başağrılarını provokasiya edə bilər.
3. Günlük maye qəbulu 2-2,5 litr olmalıdır.
4. Xüsusən çalışan hamilələr kompyuter qarşısında uzun müddət oturmamalıdır. Fasilələrlə çalışmaq, arabir havaya çıxmaq məsləhətdir.
4. Hərəkətsizlikdən uzaq durulmalıdır. Gündəlik yürüş və yüngül idman hərəkətləri məsləhətdir.
5. Uzun müddət keçməyən başağrılarında soyuq kompres qoyula bilər.
6. Miqren başağrıları olan qadınlar hamiləlik planlamadan əvvəl botoks müalicəsindən istifadə edə bilərlər.
7. Başağrılarının hamiləliyin ilk 3 ayından sonra azalacağını unutmamalı və səbr göstərməlidir.
Nevroloq Sevinc Mirseyid
Orqanik.az