Hamiləlik zamanı böyrək zədələnmələri

Hamiləlik zamanı böyrəklərin zədələnməri müxtəlif cür ola bilər. Yumaqcıq kapiliyarlarının endotelisinin şişməsi nəticəsində,  onların mənfəzinin daralmasına səbəb olan qlomerulyar – kapilyar endotelioz tipik dəyişikliklərdən sayılır. Bu qayıdan proses olub, doğuşdan sonra keçir.
Ağır nefropatiyalarla doğuşdan sonra aparılan müayinələrdə yüngül əlamətlərin qaldığı görülür. Hamiləlikdən sonra müşahidə olunan qlomerulonefrit adətən xoşxassəli olur.
Hamiləlik zamanı böyrəklərdə olan ağır zədələnmələr fibrinoid nekroz və böyrəklərin payarası arteriyalarının sklerozuna səbəb ola bilir. Doğuşdan sonrakı dövrdə payarası sklerozu olan xəstələrin 75%-də davamlı, bədxassəli təzyiq müşahidə edilir. Əksər hallarda belə qadınlarda atrerial təzyiq doğuşdan sonra da qalır.
Hamiləlik zamanı böyrək zədələnmələrinin əsas klinik əlaməti proteinuriyadır. Proteinuriyanın başladığı ilk günlərdə hamilələrdə ödem olmur. Sonrakı günlərdə isə ödemlər özünü göstərməyə başlayır.
Nefrotik ödemlər damar mənşəli ödemlərə nisbətən daha massiv olub topuq və obma nahiyyəsində görünür, hətta assit və hidrotoraks baş verə bilir. Ödemin baş verməsi və artması yumaqcıq filtirasiyasının sürətinin azalmasına səbəb olur.
Hamiləlik zamanı böyrəklərin zədələnməsinin əlamətlərindən biri də qan zərdabında sidik turşusunun normadan çox olmasıdır. Bu erkən əlamət olub böyrəklərin perfuziyasının pisləşməsi nəticəsində baş verir.
Hamiləlik zamanı böyrəklərin zədələnməsinin ağırlaşması kimi böyrək çatışmazlığı, kəskin kanalcıq nekrozu və kəskin kortikal nekroz inkişaf edə bilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.