Ev şəraitində halqa vasitəsi ilə qarın bölgəsindəki piylərdən xilas olmağın yolu çox sadədir. Halqa fırlatmaqla piy toxumasının üstü dəfəflərlə massaj edilir. Bu da piylərin yanmasına səbəb olur ki, bu zaman da piy toxuması tədricən əriyir və çəki azalmağa başlayır.
*Bunun üçün mütəmadi olaraq bel hissədə halqa fırlatmaq lazımdır. Halqanı əvvəlcə 10-15 dəqiqədən başlayıb, 40-45 dəqiqəyə qədər fırlatmaq lazımdır.
* İdmanın bu növünü hər gün təkrarlamaq lazımdır. Bu zaman halqa qarın vasitəsi ilə itələnərək fırladılmalıdır. Halqanın eyni sürətlə fırlanması hər dəfə piy toxumasını isidərək əzir. Halqanı 40-45 dəqiqə fırlatdıqdan sonra qarını massaj eləmək gün ərzində ən azı 800-1000 qram piy toxumasının əriməsinə səbəb olur.
* Halqa fırladan zaman 10 dəqiqədən bir onun fırlanma istiqamətini dəyişmək lazımdır.
* Halqanı fırladarkən əli boyunun arxasında birləşdirmək halqanın fırlanmasını asanlaşdırmaqla daha gözəl belə sahib olmaq mümkündür.
* Bu üsul qarın bölgəsinin piylərini bandajla sıxaraq saxalmaqdan və polietilen paket vasitəsilə bağlayaraq arıqlatmağa çalışma üsullarından qat-qat yaxşıdır.
Halqanı fırlatmaq ilk zamanlarda sizə çətin gələ bilər, amma tənbəllik eləmək lazım deyil. İlk günlər halqa fırlatmaq çətin olsa da tədricən öyrənmək asanlaşır.
Orqanik.az