Mütəxəssislərin araşdırmaları həzm sistemi xəstəliklərinin əmələ gəlmə səbəblərini bir neçə qrupa ayırıb. Bu qruplar aşağıdakılardır:
1. Qidalanmanın pozulması
– iştahsızlıq
– qida qəbulundan imtina edilməsi
– uzun müddət quru qida qəbulu
– uzun müddət sərt qida qəbulu
– qeyri-müntəzəm qidalanma
– sürətlə yemək vərdişi
– dişlərin tökülməsi
– ağız boşluğu xəstəlikləri
– çox isti qida qəbulu
– çox soyuq qida qəbulu
– uzun müddət keyfiyyətsiz qidalarla qidalanma.
2. Həzm sistemini zədələyən infeksiyalar
– qarın yatalağı
– paratiflər
– dizenteriya
– qida toksikoinfeksiyası
3. Zəhərli maddələr
– bitki zəhərləri
– ağır metal duzları.
4. Spirtli içkilər və nikotin.
5. Psixi travmalar.
– mənfi emosiyalar
– endokrinopatiyalar
6. Zərərli istehsalat şəraiti.
– isti sexlər
– kimya sənayesi
– poliqrafiya müəssisəsi.
7. Şiş xəstəlikləri.
8. Həzm orqanlarında aparılan əməliyyatlar.
9. Həzm sistemi orqanlarının anadangəlmə qüsurları.
Orqanik.az