Həyatınızı Asanlaşdıran Faydalı Məlumatlar

Gündəlik həyatımızı asanlaşdıracaq, çoxumuzun əvvəllər eşitmədiyi müxtəlif praktiki məlumatları sizin üçün topladıq. Evdar.az həyatınızı asanlaşdıran faydalı məlumatları təqdim edir.

  • Südə bir az karbonat əlavə etsəniz, həm tez həzm olunur, həm də tez xarab olmur.
  • Bişirərkən toyuğun üzərinə bir az un səpsəniz, daha dadlı və xırtıldayan olur.
  • Xalçalarınız və üzlüklərinizdəki pis qoxuları aradan qaldırmaq üçün soda istifadə edə bilərsiniz. Xalçanızın pis qoxu olan yerə bir az soda səpin və tozsoranla süpürün. Pis qoxusu olan döşəmələri sodalı su ilə silin.
  • Daha əvvəl istifadə etdiyiniz paket çay paketlərinin günəş yanıqlarının və həşərat dişləmələrinin sağalmasında faydalı olduğunu bilirdinizmi? Gözünüzdəki yorğunluq izlərini aradan qaldırmaq üçün çay paketlərini bir müddət gözlərinizdə gözlədin, daha sonra silin.
  • Soyuducunuzdakı pis qoxuları aradan qaldırmaq üçün bir qaba süd töküb soyuducuya qoyun. İki gün saxlayıb istifadə etmədən atın. Soyuducunuzun rəfindəki bir qaba qəhvə qoymaq da başqa bir alternativ üsuldur.
  • İstifadə etdiyiniz limonların qabıqlarını günəşdə qurudun. Yağlanmış və his tutmuş mətbəx qablarınızı qurutduğunuz limon qabıqları ilə sürtsəniz təəccüblü nəticələr əldə edəcəksiniz.
  • Xəmir məmulatlarını daha sonra istifadə etmək üçün, təzə kimi qalması üçün saxlama qabına bir dilim çörək qoyun. Çörək xəmir məulatlarının təzə kimi qalmasında çox təsirlidir.
  • Gümüşünüzü parlaq etmək üçün banan qabıqlarından istifadə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.