Yəqin ki, bir çoxları qırmızı və işlənmiş ətin sağlamlıq üçün zərərli olduğunu bilir. Onlar kanserogen olmaqla yanaşı həm də ürək-damar xəstəliklərinə və vaxtından əvvəl yaşlanmaya səbəb olur.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, aparılan hər bir araşdırmada ətdən həddən çox istifadə ilə ondan tamamilə imtina edərkən yaranan fərqlər nəzərə alınır.
Bəs görəsən ətdən lap az miqdarda istifadə olunarsa o yenə də zərərli olarmı?
Cənubi Kaloforniyada yerləşən Loma Linda universitetinin mütəxəsissləri 11 il müddətində 96000 insan üzərində müşahidələr aparıblar.
Onların tədqiq etdikləri insanların təxminən 50%-i tam olaraq vegeterian olublar. Qalan 50%-i isə gündə heç olmasa 5 qr da olsa ət yeyən insanlar olub. Bu vəziyyət alimlərə ən az ət yeyən insanlarla heç yeməyənlər arasında fərqləri ortaya çıxarmağa yardımçı olub.
Araşdırmanın nəticələri ət və kolbasa yeyən insanlar üçün heç də ürək açan olmayıb.
Belə ki, qırmızı ətin və kolbasanın hətta ən az miqdarda istifadəsinin belə xərçəng riski, ürək-damar xəstəlikləri və s. kimi həyatı təhlükəli xəstəliklər yaratdığı məlum olub.
Orqanik.az