Həşərat öldürücü dərmanlar diqqət pozğunluğu və hiperaktivliyə yol açır

Evdə geniş halda istifadə olunan həşərat öldürücü dərmanlar oğlan uşaqlarında diqqət pozğunluğu və hiperaktivlik riskini 3 dəfə artıra bilər.

ABŞ-da uşaq xəstəxanasında çalışan bir qrup elm adamı tərkibində piretroid birləşməsi olan həşərat öldürücülərindən istifadə ilə bu xəstəliklər arasında bağlılıq olduğu qənaətinə gəlib.

Elm adamları 8-15 yaşındakı 687 uşağın sağlamlıq məlumatlarını araşdırıb. Təsadüfi seçilən iştirakçılardan sidik analizləri götürən alimlər sidiyində piretroidə rast gəlinən oğlan uşaqlarında diqqət pozğunluğu və hiperaktivliyin 3 dəfə artıq olduğunu qeyd edib. Qız uşaqlarının isə bu birləşmədən oğlanlar qədər təsirlənmədiyi məlum olub.

Araşdırmanın nəticələri “Environmental Health” jurnalında dərc olunub.

ABŞ-da fosfor turşusu törəməsi tərkibinə malik 2 həşərat öldürücünün evdə istifadəsinin sağlamlığa mənfi təsirlərinin ortaya çıxmasından sonra 2000-ci ildə qadağan edilmişdi. Piretroid tərkibli həşərat öldürücülərinin orqanofosfatlara nisbətən daha etibarlı olduğu düşüncəsi ilə bu dərmanlardan istifadəyə davam edilir.

Diqqət pozğunluğu və hiperaktivlik xəstəliyi ümumi əhalinin 2 faizində, uşaqların isə 3-5 faizində rast gəlinən neyrobioloji vəziyyətdir. Bu xəstəlik yerində dayana bilməmək, diqqətini cəmləyə bilməmək, diqqətin  davam etdirilməsində çətinlik çəkmə, özünü idarəetmədə bacarıqsızlıq, ətraf mühitə qarşı laqeydlik və maraqsızlıq, enerjili quruluşa sahib olma, öz istəklərinə uyğun davranma, çox danışma və səbirsizlik kimi xüsusiyyətlərlə özünü büruzə verir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.