Hər sevginin bədəli var

İstəyirsən ki, bu dünyada bir əlin yağda, bir əlin balda olsun, axirətin də cənnət olsun.

Nə deyirik, qismətindirsə, olsun, amma bildiyimiz bir həqiqət var ki, axirətini istəyən gərək dünyada hər cəfaya qatlansın. Quran bizə bildirir ki, axirət üçün yaşayın, amma dünyadan da nəsibinizi alın. Bu, heç də o demək deyil ki, zahid kimi tərki-dünya olasan, ya da axirəti unudub dünyanın zövqünə dalasan. “Dünyadan nəsibin almaq” mömin üçün ondan zərurət miqdarında faydalanmaqdır.

Rəsulullahın (s.ə.s.) yaşadığı səadət əsrində elə möhtəşəm ruhlar, elə xariqüladə şəxsiyyətlər var ki, hərəsi göy üzündə bir ulduz kimi parlayır, hərəsi bir iman abidəsidir. Allaha elə iman ediblər, Rəsulullaha elə təslim olublar ki, dünya onların sarsılmaz imanı qarşısında diz çöküb. Ac olublar, lüt olublar, evsiz, yurdsuz olublar, amma hər biri dünyadan daha böyük, dünyadan daha güclü olublar.

Bilal Həbəşi bir kölə idi, gündə bir ovuc xurma qarşılığında dəvə otarırdı. İslamı qəbul elədi və başına olmazın müsibətlər gəldi. Boynuna kəndir bağlayıb it kimi Məkkənin küçələrində dolaşdırdılar, yıxılanda sürüdülər. Musab Məkkənin ən yaraşıqlısı, dəliqanlısı idi, İslamı qəbul elədi və dünyanın bütün naz-nemətlərindən uzaq oldu. Uhudda şaqqalanaraq şəhid oldu. Rəsulullahın “Mənim Cənnətdəki qonşum” dediyi Musabın geyimini özünə kəfən elədilər, yetmədi, üzünü örtdülər, ayağının üstünə ot yığdılar. Peyğəmbərin əmisi, ən çətin anlarında dayağı olan, şəhidlərin seyyidi Həzrəti-Həmzəni nizəylə şəhid elədilər, burnunu, qulaqlarını, dodaqlarını kəsdilər, köksünü yardılar, ciyərini çıxardılar. Hubeybə “Məhəmmədin peyğəmbərliyini inkar elə, səni azad edək”, – dedilər. “Mənim bir deyil, min canım olsa da hamısını ona qurban edərəm. Onun ayağına tikan batınca mənim vücudum parça-parça olsun”, – söylədi, elə boğazı kəndirdəcə sevimli Peyğəmbərinə salam göndərdi və şəhadət şərbətini sevə-sevə içdi.

Hələ İmam Hüseyndən danışmırıq. O İmamdan ki, İslamın haqq üzünü dünyaya nüməyiş etdirmək üçün təkcə öz canını deyil, yaxınlarının, ailəsinin, qundaqdakı körpəsinin qanını, canını fəda elədi.

İnsan öz sevgisinin bədəlini ödəməyi qəbul etməlidir. Azadlıq istəyən məhbəsi göz altına alsın, Allaha (c.c.) və Rəsuluna (s.ə.s.) aşiq olduğunu söyləyən bu yolda başından keçməyə hazır olsun. Hər şeyin qarşılığı var, qarşılıqsız Cənnət olmur.

İndi hər kəs öz içinə, öz vicdanına boylansın, Allah üçün, Peyğəmbər üçün sən nəyə hazırsan, hansı fədakarlığa qatlana bilərsən. Bax və öz dəyərini bil! Bu qədər bəsit.

İstəyirsən ki, dünyada bir əlin balda olsun, bir əlin yağda, axirətin də Cənnət olsun. Nə deyirik ki…

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.