Hər bir insanın həyatı boyu müxtəlif yaşlarda müxtəlif sevgi hekayələri olur. Amma 3 cür segvi hekayəsi onun qəlbində kök salır.
Nağıl dolu sevgi.
Bu hər bir insanın daddığı və heç vaxt unutmadığı ilk sevgisidir. İnsanlar ilk sevgi duyğusunu lap gənc yaşlarında duyur. Bu yaşında insanın heç bir qayğısı və sevdiyi tərəfdən təmənnası olmadığına görə onun ruhu da, qəlbi də bu sevgi ilə dolu olur. Bu səbəbdən də ilk sevgi nağıllardakı kimi saf və təmiz, təmənnasız olur.
Mürəkkəb sevgi.
Bu insan həyatının ən çətin sevgisi hesab edilir. Bu insanın özünə həyat yoldaşı seçdiyi adama olan sevgisidir. Bu zaman qarşı tərəf sizi idarə edir. Belə ki, evli olduğunuz adam sizin yerinizə bir çox qərarları qəbul edir. Bu sevgi hekayəsi hər zaman insanın istədiyi kimi olmur. Bu səbəbdən də çətin sevgi hesab edilir.
Böyük sevgi.
Bu bizim daima arzuladığımız və gözlədiyimiz sevgidir. Bu sevgi bəzən bizim ömrümüzə qəfil gəlir və bizə elə gəlir ki, bu idealdır. Bu cür sevgini sözlə izah etmək olmur. Bəzən yaş həddi və məsafələr bu sevginin qarşısında davam gətirə bilmir. Bu zaman biz sevdiyimiz insanı olduğu kimi qəbul edir və onun hər bir hərəkətini bəyənirik.
Orqanik.az