Xarici görünüş xüsusən xanımlar üçün çox önəmlidir. Bunun üçünsə saysız-hesabsız gözəllik ləvazimatları var. Lakin məsələni kökündən həll etmək lazımdır.
Orqanik.az Axşam.az-a istinadən ev şəraitində, böyük maddi vəsait sərf etmədən həm cildinizə, həm də saçlarınıza qulluq edəcək maskanı təqdim edir.
1 xörək qaşığı C vitamini ilə zəngin olan avokadoya 1 çay qaşığı zeytun yağı əlavə edib əzmə halına gələnə qədər qarışdırın. Üzərinə 1 damcı qızılgül yağı əlavə edə bilərsiniz. Bunun əvəzinə itburnu yağı, adaçayı yağından da istifadə etmək mümkündür. Qarışımı saçlarınıza, üzünüzə, qollarınıza, hətta barmaqlarınıza və dıqrnaqlarınıza çəkə bilərsiniz. Bu maska bədəninizi qidalandıraraq özünübərpa prosesini sürətləndirəcəkdir.
Göz ətrafına çox müdaxilə etmədən dərinizi masaj edərək maskanı cildinizə çəkin. Bu, qan dövranını sürətləndirəcəkdir. 15-20 dəqiqə saxladıqdan sonra yuyun.
Maskanı saçlara köklərdən uclara qədər çəkin. Sonda ilıq su ilə saçlarınızı yuyun.
Qeyd edək ki, yağlı dərilər üçün avokado tövsiyə olunmur. Əgər sızanaqlarınız varsa, bu maskadan istifadə etmək bakteriyaları cildin digər bölgələrinə ötürərək artıracaq.
Orqanik.az