Yeməklər arasında 12 saatdan çox fasilə sağlamlığa zərər verə bilər. Orqanizm artıq müəyyən rejimə uyğunlaşdırılıb və uzun müddət qida ilə təmin olunmursa, bu, ilk növbədə beyin üçün təhlükəlidir.
Orqanik.az xəbər verir ki, bu sözləri diyetoloq Anna Belousova deyib.
“Əgər siz 12 saatdan çox yemək yeməsəniz, qanda qlükoza səviyyəsində çox əlverişsiz dalğalanmalar başlayacaq. Bu, endokrinologiya baxımından insana yaxşı heç nə gətirməyəcək, çünki qlükoza bədənimizin bir çox hüceyrələri üçün, ilk növbədə beyin hüceyrələri üçün əsas qidadır”, – Belousova “Sputnik” radiosuna müsahibəsində izah edib.
Əvvəlcə qlükozada kəskin dalğalanmalar əhval-ruhiyyəyə təsir edir, sonra isə təbii nəticələr yarana bilər. Həkim bidlirib ki, qanın belə uzun müddət “ac” qalmasına yol verilməməlidir. O, həmçinin axşam altıdan sonra yeməkdən imtina etməməyi tövsiyə edib. Diyetoloq təklif edib ki, gecələr kəsmik kimi yüngül, kalorisi olmayan yeməkləri otaq temperaturunda yeyə bilərsiniz.
“İnsan orqanizmi sağlamlığa zərər vermədən 12 və ya daha çox saat qidasız qala bilməz. Ona görə də, axşam altıdan sonra yeyə bilərsiniz və yeməlisiniz”, – həkim qeyd edib. (publika.az)
Orqanik.az