Britaniyalı həkim Sancay Mehta mədə xərçənginin bəzi əlamətlərinin erkən görünə biləcəyini və bununla da xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə “Express” qəzeti xəbər verib.
O qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki onun ilk əlamətləri qeyri-müəyyən olub və insan onları başqa xəstəliklərlə qarışdıra bilər.
S.Mehta bu mümkün əlamətlər arasında mədə yanması, həzmsizlik, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, ürəkbulanma və qusma kimi halları sadalayıb.
Mütəxəssis xəbərdarlıq edib ki, erkən aşkar olunan xərçəng mədədə qanaxmaya səbəb ola bilər, nəticədə qırmızı qan hüceyrələrinin sayı azalır və xəstəlik anemiya şəklində özünü göstərir. Bu qan analizini verəndə müəyyən edilir.
Orqanik.az