Keçmişdə cəfəri qadın gözəlliyi üçün ən faydalı ot sayılırdı. Bu səbəbdən toya hazırlaşan qızlar tez-tez cəfəri yeyir, bu otun dəmləməsini içir, dəmləmə ilə üzünü yuyurdular.
Orqanik.az bildirir ki, bu otun dəmləməsini hətta belə də adlandırırdılar – “gəlin dəmləməsi”.
Cəfəri dəmləməsi həqiqətən çox faydalıdır:
– orqanizmi ziyanlı maddələrdən təmizləyir
– arıqlamağa kömək edir
– dərinin vəziyyətini yaxşılaşdırır
– ürəyin fəaliyyətinə mübət təsir edir, ürəyə düşən gərginliyi azaldır
– böyrəkləri duzlardan və qumdan təmizləyir
– sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır
– mübadilə proseslərini yaxşılaşdırır
– orqanizmə iltihab və xərçəng əleyhinə təsir edir
– qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstəliyi zamanı faydalıdır
– soyuqdəymə və qripp zamanı xəstənin vəziyyətini yüngülləşdirir, hərarətin düşməsinə kömək edir.
Cəfəri dəmləməsini hazırlamaq üçün 2 x.q. doğranmış cəfəri (qövdələr də istifadə olunur) termosa qoyulur, üzərinə 1 stəkan isti su tökülür, 1 saat ərzində dəmlənir və gündə 3 dəfə 1/3 stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir.
Müalicə kursu – 2 həftə. Sonra 2 həftə fasilə verin və yenə 2 həftə için.
Orqanik.az