Araşdırmalara görə, gündə sağlamlıq və bədənə zərər vermədən ancaq 20 qr tünd şokolad yeyə bilərsiz.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim qastroenteroloq Nuriya Danilova gün ərzində maksimum şokolad dozunu açıqlayıb.
“Tünd təbii şokoladda 50% kakao var. Gündə bir plitka şokolad yemək olduqca zərərlidir. Gün ərzində 20-30 qram şokolad sağlam insan üçün normadır. Onu da birdəfəyə yemək olmaz. Şokoladı əsas yeməkdən 15 dəqiqə sonra yemək lazımdır. Çay yanında 1 tikə şokolad və ya konfet yetərlidir. Bu zaman qanda kəskin şəkər artımından qorunmaq olar. İşdə fasilələrdə tez-tez çay və qəhvə ilə şirniyyat yemək diabetə səbəb olacaq. Adətən stress, xroniki yuxusuzluq və depressiyada olanda orqanizm şirniyyat tələb edir”, deyə o qeyd edib.
Orqanik.az