Çay Şərq cəmiyyətlərinin vazkeçilməz içkisidir. Xüsusən də Azərbaycanda çay içmək həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Ölkə.az bildirir ki, zaman-zaman çayın faydaları və ziyanı barədə müzakirələr aparılıb. Bu yaxınlarda isə alimlər çayın bu günə qədər bilinməyən yeni faydalarını aşkar ediblər.
– Çayın tərkibindəki polifenol və katexinlər bəzi xərçəng növlərinin qarşısını alır.
– Bundan başqa çayın tərkibindəki polifenol DNA xəstəliklərinin qarşısını alır.
– Çay qarın bölgəsində yaranan yağlanmanın qarşısını alır.
– Gündə ən azı 2 stəkan çay içmək stres hormonu olan kortizolun miqdarını azaldır.
– Çayın tərkibindəki fito kimyəvi maddələr sümüklərə faydalıdır və sümük qalınlığını artırır.
– Çay arıqlamaq istəyənlər üçün də faydalıdır.
– Gündə iki stəkan çay orqanizmin antioksidant ehtiyacını təmin edir.
Elmi tədqiqatlar nəticəsində məlum olub ki, çayın tərkibindəki L-Theanine sayəsində orqanizm rahatlıq əldə edir.
Qeyd edək ki, təcrübələrdə sağlam insanlar iştirak edib. Ürək, qan təzyiqi problemi olanlar isə həkimlə məsləhətləşməlidirlər.
Orqanik.az