1. Artıq çəkiləri aradan qaldırır: Banan lif baxımından zəngin bir meyvədir. İnsanı tox saxlayır. Tərkibindəki nişasta səbəbiylə də iştahınızı azaldır və çəki artımını dayandırır. İnsulin müqavimətinə qarşı qandakı şəkər səviyyəsini normaya salır.
2. Qanazlığına qarşı yaxşı təsir göstərir: Qanazlığı solğunluq, yorğunluq və nəfəs daralmasına səbəb olur. Bu da, bədəndəki qırmızı qan hüceyrələrindəki azalma və qanda hemoqlobin səviyyəsinin düşməsinin nəticəsidir. Banan qırmızı qan hüceyrələrinin istehsalını artıran dəmir ehtiva edir. Bundan əlavə, qandakı şəkər səviyyəsini nizamlayır. Əhəmiyyətli səviyyədə B6 vitamini qaynağıdır.
3. Həzmi yaxşılaşdırır: Banan həzm prosesini asanlaşdırır və mədə-bağırsaq sistemini sağlamlığını təmin edir. Bananda olan müqavimətli nişasta həzm edilmir. Qalın bağırsağın içərisində sağlam bir bakteriya olaraq qalır. Əgər qastrit və mədə turşuması şikayətiniz varsa, rahatlıqla banan yeyə bilərsiniz.
4. Stressi əngəlləyir: Banan, ruh halını da yaxşılaşdırır. Serotonin almaq üçün bədənimiz tərəfindən lazımlı olan triptofan ehtiva edir. Orta hesabla, hər bananda təxminən 27 mq maqnezium var. Bu mineral yaxşı bir ruhiyə və sağlam bir yuxu üçün çox əhəmiyyətlidir.
5. Enerji verir: Bananda olan kalium əzələləri qoruyur və tərkibində olan karbohidrat sayəsində enerji verir.
Orqanik.az