Üzüm tumunu zibilə atmayın! Çünki üzüm tumunun insan sağlamlığına inanılmaz faydaları var. Evdar.az sizlər üçün üzüm tumunun faydaları haqqında araşdırmanı təqdim edir.
Orijinal ləzzətlər arasında ən məşhur olan üzümün faydası olduğunu demək olar ki, hər kəs bilir. Güclü bir antioksidan olan üzümün bilinməyən bir xüsusiyyəti isə tumlarının olduqca faydalı olmasıdır. Mülayim iqlim şəraitində yetişən üzüm yaxşı saxladıqda mövsüm boyunca istifadə edilə bilər. Qədim dövrlərdə qadınların gözəllik sirlərinin xam maddəsin olan üzüm tumu, eyni zamanda loğman həkimlərinin hazırladığı tibbi dərmanlarda da istifadə edilmişdir.
Turş və şirin olmaqla iki dadı olan üzümün 100 qr-da :
- 69 kalori / 4
- Lif / 2
- Zülal / 1
- C Vitamini / 18
- Mis / 14
- K Vitamini / 12
- Thiamin / 6
- Riboflavin / 5
- Dəmir / 5
- Kalium / 4
- Manqan / 3
Üzüm Tumunun Faydaları..
Gündə 2 ədəd üzüm tumu udsanız orqanizmdə nələr baş verər?
- Üzümün özündən çox toxumunda olan proantisianidinlər və tokoferol elementləri bədəndəki sərbəst radikalları azaldır. Həm də sağlam hüceyrə sayını artırmağa kömək edir.
- Mütəmadi olaraq istifadə edildikdə, tərkibində olan beta karotein maddəsi, bədənə siqaret və ya bəzi zərərli qidalarla daxil olan maddələrlə mübarizə aparır. Araşdırmalara görə üzüm toxumunun 3 gün ərzində bədəni yenilədiyi məlum olub.
- Zərərli maddələri təmizlədiyindən qan dövranına da müsbət təsir edir. Qan dövranını sürətləndirərək damar tutulmasını azaldan üzüm toxumu həm də ürək sağlamlığını qoruyur. Mütəxəssislər ürək problemi olan kəslərin mütəmadi olaraq istifadə etməli bir qida olduğunu vurğulayırlar.
- İltihab və infeksiyanın müalicəsində təbii bir dərman olaraq istifadə olunan üzüm toxumu, buna görə yaranan artrit, ekzema, dəri problemləri, sinüzit, kolit, qastrit və sidik yolu infeksiyaları kimi xəstəliklərə faydalıdır. Bundan əlavə bağırsaqları və böyrəkləri təmizləyərək daş və qum əmələ gəlməsinin qarşısını alır.
- Vitamin çatışmamazlığından yaranan saç və dəri tökülməsi üçün faydalıdır. Qan dövranını sürətləndirdiyindən saç köklərindəki ölü dərilərin sayını azaldır və canlılıq qazanmasını dəstəkləyir.
- Tərkibindəki E vitamini gözdəki sarı nöqtənin deformasiyasını qarşısını alır və görmə sürətini artırır. Mütəxəssislər uzun müddət kompüter istifadə edənlər və işığa məruz qalanların bol-bol istifadə etməyini vurğulayır.
- Kollageni artıraraq dəri və sümük sağlamlığını qoruyur. Xüsusilə qocalmağın qarşısını alaraq dəridə yaranan sızanaqların müalicəsində istifadə edilə bilər.