Şəkər insan sağlamlığına, xüsusən də ümumi ölüm, astma, diş çürüməsi, piylənmə, ürək xəstəlikləri və daha çox şeyə təsir göstərir.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, şəkər dünyanın ən zərərli qidalarından biri hesab olunur və buna görə də istisnasız olaraq həkimlər onun istehlakını mümkün qədər məhdudlaşdırmağı məsləhət görürlər.
Ancaq çinli mütəxəssislərin apardığı yeni araşdırma Ümumdünya Səhiyyə Təşkilatının gündə altı çay qaşığı şəkər qəbul etməsi məsləhətini təsdiq etdi.
Tədqiqat pəhriz şəkərinin qəbulu ilə bir sıra ürək-metabolik xəstəliklər, xüsusən də çəki artımı, ektopik yağ yığılması, piylənmə, ürək-damar xəstəlikləri arasında əlaqəni təsdiqlədi ki, bu da əsasən həddindən artıq şəkər qəbulu ilə əlaqələndirilə bilər.
Xatırladaq ki, ÜST ilk dəfə şəkərin təhlükələri haqqında hələ 1989-cu ildə danışıb və bir neçə araşdırmadan sonra şəkər qəbulunu ümumi gündəlik enerjinin 10 faizdən azına endirmək tövsiyəsi verilib. 2015-ci ildə ÜST məlumatları yenilədi və şəkər qəbulunu 5 faizə qədər azaltmağı tövsiyə etdi. Bu isə gündə təxminən 6 çay qaşığı şəkər deməkdir.
Orqanik.az