Gül suyu və yağının ürək üçün xeyirli olduğunu yəqin hər kəs bilir. Amma bəzi hallarda gül suyu dəri gözəlliyi üçün də müsbət təsir göstərir.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, təzə qızılgül ləçəklərindən təbii yolla gül suyu hazırlayın. Həmin suyu üzünüzə çəkin.
Hər axşam gül suyu ilə üzünüzü silmək dərinizi yeniləyəcək, rəngini açacaq.
Göz altındakı yorğunluq şişkinliklərini, xırda qırışları aradan qaldıracaq.
Dərinizin elastikliyini bərpa edib, onu ölü hüceyrələrdən təmizləyəcək.
Tərkibi antioksidantla zəngin olan gül suyu dərini ətraf mühitin mənfi təsirlərindən qoruyacaq. Dərini dartır, botoks effekti verir.
Gül yağını isə makiyajtəmizləyici kimi istifadə edə bilərsiniz.
4 litr üzüm sirkəsinə 10 ovuc qurudulmuş gül ləçəyi əlavə edib qarışdırın. 20 gün günəşin altında saxladıqdan sonra, süzüb istifadə edin. Onu losyon və makiyaj təmizləyicisi kimi istifadə edə bilərsiniz.
Gül suyunu allergiya problemi olanlar da rahatlıqla istifadə edə bilərlər.
Orqanik.az