Gözləri Zəif Görənlər Üçün Sehirli Resept

Asanlıqla tapa biləcəyiniz yalnız 2 məhsuldan ibarət bu qarışıq görməni itiləşdirir. Evdar.az gözləri zəif görənlər üçün ev şəraitində hazırlayacağınız möhtəşəm qarışığın reseptini təqdim edir.

Tərkibi:

  • 90 qr valerian kökü (pişikotu)
  • 1 litr qırmızı üzüm şərabı

Hazırlanma qaydası:

Valerianı toz halına salmaq lazımdır, bunun üçün kökü bir mətbəx robotuyla və ya qəhvə üyüdəndə üyüdün. Daha sonra hər hansı bir şüşə qab götürüb valerian kökü tozunu və şərabı töküb qarışdırın. Şüşə qabı bir qapaq ilə bağlayıb sərin və qaranlıq yerdə 2 həftə saxlayın. Vaxtaşırı bu qarışığı çalxalamaq lazımdır, bunu hər gün edə bilərsiniz. 14-15 gündən sonra dərmanı süzün.

İstifadə qaydası:

Hazırladığınız valerianlı şərabı gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən yarım saat əvvəl qəbul edilməlidir. Bu qarışıq tamamilə qurtaranadək içilməlidir. Dərman qəbulunun sonunda fərqi görə bilərsiniz! Görmə qabiliyyətiniz daha güclənəcək, əsəbləriniz sakitləşəcək və ümumi sağlamlığınız yaxşılaşacaq!

Valerian şərabı, sinir sisteminin qeyri-sabitliyi nəticəsində yaranan stres və nevrozun simptomlarını aradan qaldırmağa kömək edir. Bundan əlavə, çox dadlı bir vasitədir!

VACİB QEYD: Hər hansı bir xəstəliyiniz varsa bu siropu istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin!

Bu yazı Xəbərlər kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.